Aprelin 5-dən 8-dək Bakıda “Rusiya kinosu günləri” keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən verilən məlumata görə, tədbirin təşkilatçısı “ELS prodakşn” prodüser mərkəzidir.
“Azərbaycanda Rusiya kinosu günləri” keçirilməsi ideyası Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan), “Savalan “Savalan – ASPI Winery” şirkəti, “Hyatt Regency Baku” və Natalya Naftaliyevanın Moda Evi tərəfindən dəstəklənib.
“Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir artistlə yaradıcılıq görüşü daxildir.
Filmlər Nizami Kino Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində nümayiş etdiriləcək.
“Azərbaycanda Rusiya kinosu günləri”nin təntənəli açılış mərasimi aprelin 5-də Nizami Kino Mərkəzində keçiriləcək. Elə həmin gün “On bir susqun kişi” filmi nümayiş etdiriləcək (rejissor Aleksey Pimanovun bu filmini teatr və kino artisti Pavel Kraynov təqdim edəcək).
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Suvorov: Böyük səyahət” filmi nümayiş etdiriləcək (rejissor Boris Çertkovun filmini Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq təqdim edəcək). Elə həmin gün rejissor Qleb Orlovun “Libereya: Xəzinə ovçuları” filmi də nümayiş etdiriləcək.
“Azərbaycanda Rusiya kinosu günləri” aprelin 8-də “1941. Berlin üzərində qanadlar” filminin nümayiş etdirilməsi ilə başa çatacaq (rejissor Konstantin Buslovun filmini teatr və kino artisti, “Dram sənəti məktəbi” teatrının aktyoru Andrey Xarenko təqdim edir).
“Azərbaycanda Rusiya kinosu günləri” çərçivəsində aprelin 7-də Bakıda Rusiya Federasiyasının Xalq artisti Yuri Nazarov və teatr və kino artisti Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək.
Bakı “Azərbaycanda Rusiya kinosu günləri” ilə bağlı bütün tədbirlərin aparıcısı teatr və kino artisti, “Teatr na Taqanke”nin aktrisası Polina Neçitaylo olacaq.
“Azərbaycanda Rusiya kinosu günləri” layihəsinin prodüseri Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…