Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision – 2018” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 43-ə çatıb.Azərtac xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat dərc olunub.Avropa Yayım Birliyi ötən həftə mahnı müsabiqəsinə 42 ölkənin iştirakını açıqlasa da, Makedoniyanın hesabına siyahıda artım baş verib.Beynəlxalq müsabiqədə, həmçinin Azərbaycan, Albaniya, Avstriya, Avstraliya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirakını təsdiq edib.Bundan əlavə, təşkilatçılar noyabrın 30-dan mahnı müsabiqəsinə ilk biletlərin satışa çıxarılacağını elan ediblər. Qiymətlər 35 avrodan başlayacaq. Bilet satışının ikinci mərhələsi 2018-ci ilin əvvəlində baş tutacaq.Xatırladaq ki, Azərbaycanı müsabiqədə müğənni Aysel Məmmədova təmsil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…