Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə Bakıda “Azərbaycan ailəsi 2016” film festivalı keçiriləcək. Komitədən Aile.lent.az-a verilən məlumata görə, festivalın məqsəd və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmləri, sosial çarxlar, televiziya verilişləri və fotoşəkillər aprelin 1-dən oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim edilə bilər.
Müsabiqəyə təqdim edilən işlər görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, sədr müavini Aynur Sofiyeva, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, İTV-nin direktoru Cəmil Quliyev, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev, MTRŞ-nın üzvi Sona Vəliyeva, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, universitetin Kino rejissoru-kino operatoru kafedrasının müdiri Amin Novruzov, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvi Sevinc Aslanova, BMT-nin Əhali Fondunun Proqram müşaviri Bəhicə Əliyeva, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, kinorejissor Oqtay Mirqasımov daxildir.
Festival çərçivəsində “Həyatdan şəklə” adlı foto müsabiqə də keçiriləcək. Foto müsabiqənin məqsədi müasir dövrdə ailələrin milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının təbliği, foto vasitəsilə nümunəvi ailələrin adət-ənənələrinin ictimaiyyətə təqdimi, gənclər və yeniyetmələr arasında ailə dəyərlərinin təbliği, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması və bədii zövqün inkişaf etdirilməsidir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…