Sentyabrın 12-də COP28 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), COP29 Azərbaycan və COP30 Braziliya sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçiriblər.
Mədəniyyət Nazirliyindən bildirilib ki, əsas məqsəd COP29 çərçivəsində keçiriləcək mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən etmək olub. Görüşdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid əl-Qassimi və Braziliyanın mədəniyyət naziri Marqaret Menezes iştirak ediblər.
Şarm Əl-Şeyxdə keçirilmiş COP27 tədbirindən bəri beynəlxalq gündəlikdə mədəniyyətin iqlim fəaliyyətindəki rolu aktuallıq qazanmağa başlayıb. Qeyd edək ki, ötən il Dubayda keçirilən COP28 tədbiri zamanı BƏƏ və Braziliya sədrlikləri ilə “Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Əmirliklər Bəyannaməsi” qəbul olunub. Bu çərçivədə 30-dan çox nazir və hökumət nümayəndəsini, həmçinin beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini bir araya gətirərək, mədəniyyətin transformativ iqlim fəaliyyətindəki rolunu əhatə edən mədəniyyət nazirlərinin Birinci Yüksək Səviyyəli görüşü keçirilib.
Azərbaycan da öz növbəsində bu məsələni hər zaman xüsusi diqqətdə saxlayıb və qlobal səviyyədə müzakirə olunması istiqamətində davamlı işlər aparmaqdadır. Mayın 1-dən 3-dək keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı dünyanın aparıcı iqlim və irs üzrə ekspertlərinin iştirakı ilə baş tutmuş xüsusi plenar sessiyanı buna nümunə kimi göstərmək olar.
Hər iki nazir Azərbaycan tərəfinə bu məsələləri daim diqqətdə saxladığına və beynəlxalq müstəvidə təbliğ etdiyinə görə təşəkkürlərini bildirib.
COP29 tədbirinin hazırlıq işləri ilə də tanış olan Braziliya və BƏƏ-nın mədəniyyət nazirləri hazırlıq işlərini yüksək qiymətləndirib, Bakıda keçiriləcək COP29-un ən yaddaqalan tədbir olacağına əmin olduqlarını ifadə ediblər.
Eyni zamanda, görüş zamanı nazirlər COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan əlavə tədbir, təşəbbüs, o cümlədən konsert və şou poqramlar barədə də fikir mübadiləsi aparıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…