Mayın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” adlı elmi konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin milli musiqimizin inkişafındakı xidmətlərindən söz açıb.Bildirilib ki, musiqi xəzinəmizdə xüsusi yeri tutan milli və vətənpərvərlik ruhunda bəstələnmiş əsərlər hər zaman Ulu Öndərin diqqət mərkəzində olub. Mədəniyyətimizin inkişafına xüsusi diqqət ayıran Heydər Əliyev musiqi sənətimizin inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, ölkənin mədəni həyatında da böyük işlər görülüb. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda musiqi, teatr, kino sənəti inkişaf edib. Heydər Əliyev milli mənəvi dəyərlərin qorunması və təbliği üçün misilsiz xidmətlər göstərib. Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək Ulu Öndərin milli mədəniyyətimizin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən, bu sahədə çalışan insanlara qayğısından danışıb. S.Fərəcov Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyətinin keçdiyi tarixi inkişaf yolundan söz açaraq onun hər zaman yüksək əzmkarlıq və fədakarlıqla milli musiqimizin inkişafı və tərəqqisi naminə gərgin əməyini xüsusi qeyd edib. Daha sonra vətənpərvərlik mövzusunda yazılmış əsərlər və gənc bəstəkarlarımızın müvafiq sahədə gördüyü işlər müzakirə olunub. Bildirilib ki, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Vaxtilə görkəmli bəstəkarlarımızın müraciət elədiyi müvafiq janrları yeniləmək lazımdır. Xüsusən gənc və orta yaşlı bəstəkarlar bu sahədə nəzərəçarpacaq işlər görməlidir. Konfrans çərçivəsində “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” mövzusunda müzakirələr aparılıb, müxtəlif məruzələr dinlənilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…