Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb.
Mərkəzdən verilən məlumata əsasən, görüşdə dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qeyd olunub, mədəniyyət üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Toplantıda müzakirə edilən məsələlər arasında eyni tarixə malik mədəniyyətimizin beşiyi olan Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq, “Qardaşlaşmış şəhərlər”ə dair müqavilənin imzalanması, Konyada Azərbaycan mədəniyyətinə dair tanıtım layihələrinin reallaşdırılması, cari ilin payız aylarında “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirlərinin təşkili, Konya Selcuq Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə beynəlxalq konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi, eləcə də digər birgə layihələr, o cümlədən bu istiqamətdə görüləcək fəaliyyətlər yer alıb.
Mərkəzinin direktoru Samir Abbasov Konyada Mövlana Muzeyinin müdiri Naci Bakırcı ilə də görüşüb.
Görüşdə Konyada Mövlana Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana dair qiymətli əsərlər müzakirə olunub, gələcəkdə bu unikal əlyazmalara dair araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb.
Tərəflər cari ilin payız aylarında Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə ediblər.
Sonra Mövlana Muzey Kompleksinə baxış keçirilib. Naci Bakırcı Samir Abbasova muzey kompleksində aparılmış yenidənqurma işi haqqında məlumat verib, Türkiyənin qabaqcıl restavrasiya sahəsində təcrübəsinin Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Naci Bakırcı ildə 4 milyondan artıq turistin Mövlana Muzey Kompleksini ziyarət etdiyini vurğulayaraq, burada görülən işlər və guşələri təqdim edib.
Ziyarət zamanı Mövlana Muzeyinin qədim və nadir nüsxəsi sayılan, daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Osmanlı dövrünə aid xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib.
Görüşdə eləcə də gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…