Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli ensiklopedik nəşr layihəsinin təqdimatı və azərbaycanlı sənət adamlarının iştirakı ilə böyük konsert-tədbir təşkil edilib.
Tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfindən sözügedən universitetdə yaradılmış Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzini ziyarət ediblər. Həmçinin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş Ümummilli Lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın parlaq Zəfərinə, mədəniyyətinə, ədəbiyyatına həsr edilmiş foto və kitab sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru Elmar Şermanov iki qardaş ölkə arasında mədəni əlaqələrin tarixdə ən yüksək səviyyədə olduğunu vurğulayaraq bu işdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolu olduğunu qeyd edib. Yaxın günlərdə Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda iştirakından söz açan rektor, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın Türk dünyasının mədəniyyətindəki mühüm rolundan söz açıb. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ərsə gətirilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də danışan rektor bu nəşri yüksək qiymətləndirərək sözügedən ensiklopediya sayəsində Azərbaycanın mədəniyyət incisi olan Şuşa haqqında beş dildə müfəssəl məlumatlar almağın əlçatan olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mövcud mədəni əlaqələrdən söz açaraq bu işdə ölkə başçılarının böyük zəhmət və iradə nümayiş etdirdiklərini qeyd edib. Samir Abbasov Şuşanın Türk dünyası mədəniyyətində bir körpü rolunu oynadığını söyləyərək Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda Şuşa ilə bağlı həyata keçirilən layihələrlə bağlı məlumat verib. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də söz açan Samir Abbasov bu nəşrin “Şuşa İli”nə və Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir töhfə olduğunu qeyd edib.
Tədbirdə çıxış edən ədəbiyyatşünas alim, tərcüməçi Babaxan Şərif də Şuşanın bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq sözügedən nəşrin Şuşa haqqında ilkin informativ məlumat bazası baxımından çox dəyərli bir mənbə olduğunu və eyni zamanda nəşrin beş dildə olmasını yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycanın xalq şairi Vahid Əziz Özbəkistan Yazıçılar Birliyinin dəvətilə Özbəkistanda olmasından və poeziyasevərlərlə görüşündən çox böyük məmnunluq hissi keçirdiyini bildirib.
Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kəmalə Nəbiyevanın ifasında milli muğamlarımız, tanınmış azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında oyun havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının ifasında isə milli rəqslərimiz tamaşaçılara təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…