Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilən “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu davam edir. Əvvəlcə milli teatrın 150 illiyi ilə bağlı videoçarx nümayiş olunub.
Forum ikinci günündə “Konsepsiya və strateji hədəflər” adlı üçüncü panel müzakirələrlə başlayıb.
Moderatoru Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova olan paneldə “Milli teatrın inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması”, ” Marketinq və reklam strategiyası”, “Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri”, “Prodüser institutunun milli teatr məkanında tətbiqi”, “Çağdaş teatr prosesində müstəqil teatrların rolu” mövzuları müzakirə olunub.
Müzakirələrdə Azərbaycan Dövlət Pantomima Teatrının rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, “M teatr”ın rəhbəri Xalq artisti Vidadi Həsənov, “dOM” teatrının rəhbəri Tərlan Rəsulov, YUĞ Teatrının baş rejissoru Gümrah Ömər və “ƏSA” teatrının rəhbəri Nihad Qulamzadə iştirak ediblər.
Xatırladaq ki, iki gün davam edən Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…