“İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri 35-ci Qahirə Beynəlxalq Film Festivalına dəvət alıb. Festival noyabrın 15-dən 24-dək Misirin paytaxtı Qahirədə keçiriləcək. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, filmlərimiz festivalın “Panorama” proqramında nümayiş etdiriləcək. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.“İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar. “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (WeiT Media). Ekran əsərində baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar. Qeyd edək ki, “Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilib. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına və Bakıda keçiriləcək 7-ci Avropa Film Festivalına da dəvət alıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…