Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) himayəçilik etdiyi, Daşkənddə fəaliyyət göstərən 30 nömrəli internat məktəbinin vilayətdəki Çervak istirahət zonasındakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib. Xeyriyyə tədbirində Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, AMM-in uşaq evləri ilə bağlı layihələri, Azərbaycanda uşaqlara yaradılan şərait və digər məsələlərdən danışıb. Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında məlumat verib. Tədbirin bədii hissəsində uşaqlar arasında viktorina keçirilib, Azərbaycanın və Özbəkistanın dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair sualları cavablandıran uşaq və yeniyetmələrə hədiyyələr verilib. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi, internat məktəbinin şagirdləri isə dünya xalqlarının rəqslərini ifa edib, şeirlər söyləyiblər. Tədbirin sonunda təxminən 150 uşağa AMM-in sovqatları, kiçik ölçüdə bayraqlar, ölkəmizin mədəniyyətinə dair suvenirlər hədiyyə edilib. Sonra uşaqlar plova, meyvə və şirniyyatlara qonaq ediliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…