Özbəkistanın Ziyouz.uz portalında “Azərbaycanın tarixi şəhəri olan Şuşadakı əksər memarlıq abidələri təhlükə altındadır” adlı məqalə yayılıb. Müəllif Sobircan Yoqubov yazır ki, ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts bu barədə Azərbaycanın Trend Agentliyinə bildirib. O qeyd edib ki, Qarabağ Dövlət Tarix Muzeyi, Şuşa Dövlət Dram Teatrı, Gövhərağa məscidi və digər abidələr məhv olmaq təhlükəsi qarşısındadır. Məqalədə qeyd edilir ki, Qarabağ xanlığının paytaxtı olmuş, mədəni abidələrlə zəngin, Azərbaycan muğam sənətinin beşiyi olan Şuşa şəhəri Ermənistan qoşunları tərəfindən 1992-ci il mayın 8-də işğal olunub. Şəhərdə etnik təmizləmə aparılıb, 23 min şuşalı qaçqın vəziyyətinə düşüb, 279 mədəniyyət abidəsi, dini abidələr, muzeylər, kitabxanalar və digər infrastrukturlar məhv edilib. Məqalədə Dağlıq Qarabağın və Şuşa şəhərinin tarixi haqqında məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar uzun illərdir ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və bu illər ərzində heç bir konkret iş görülməyib. BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, bu sənədlər də indiyədək yerinə yetirilmir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…