Noyabrın 1-də Muzey Mərkəzində “Azerbaijan Fashion Week” – ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün açılışı olub.Azərtac xəbər verir ki, açılış mərasimində çıxış edən layihənin art-direktoru Sayat Dossıbayev həftə boyu təqdim ediləcək geyimlərdən və keçiriləcək görüşlərdən söz açıb.Bildirilib ki, “Azerbaijan Fashion Week”in təşkilatçıları, Muzey Mərkəzi və şəxsən onun direktoru Liana Vəzirova ilə birgə əməkdaşlıqda, incəsənət fəzasında moda sintezinə qərar veriblər.“Azerbaijan Fashion Week”in 8-ci mövsümü çərçivəsində, ziyarətçilər üçün muzeyin ehtiyat rəflərində və şəxsi kolleksiyalarda olan, bir çoxu, heç vaxt geniş tamaşaçıya təqdim edilməmiş işlərdən yığılmış xüsusi ekspozisiya hazırlanıb. Bu ekspozisiya çərçivəsindətəqdim edilmiş bütün işlərdə dəb və stilin elementləri öz təcəssümünü tapıb.Muzey Mərkəzi Azərbaycan rəssamlarının, həmçinin “Kukla” Art-Qalereyasının sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın kolleksiyasından olan, müəllif kuklalarının geniş sərgisini təqdim edib.Azərbaycan dəb həftəsinin ikinci günündə “Azerbaijan Fashion Week” çərçivəsində “A.Sain”, “Elian Couture”, “Le Veine”, “Noora”, “Ayshan Habibova” və “Aya Bapani” kimi brendlər öz dəbli yaradıcılığını tamaşaçılara təqdim edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…