Sentyabrın 27-də Bakı Bələdiyyə Teatrı 30-cu mövsümünü “Sən qayıdacaqsan” tamaşası ilə açdı. Tamaşa Anım gününə həsr olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncamına əsasən, hər il sentyabr ayının 27-si İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə Anım günü olaraq qeyd olunur.
Qeyd edək ki, tamaşadan öncə Anım gününə həsr olunmuş sərgiyə baxış da keçirilib. Anım günü münasibətilə təşkil edilmiş sərgidə Əqdəs Bağırzadənin fotoları, Əsmər Nərimanbəyovanın rəsm əsərləri, eləcə də Nərgiz Quliyevanın və digərlərinin rəsm əsərləri nümayiş olunub. Daha sonra “Sən qayıdacaqsan” tamaşası nümayiş olundu.
Bütün dünyada törədilmiş müharibələrə həsr olunan səhnə əsərində müharibə qurbanlarının yaşantıları, müharibənin fəsadlarını yaşayan insanların hər birinin ağrı-acısı göstərilir. Tamaşanın qəhrəmanları hər gün eyni vaxtda qatar stansiyasına tələsir, müharibədə itirdiklərinin yolunu gözləyir və daim çöhrələrində mənəvi ölümün cizgilərini saxlayırlar.
Tamaşanın rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu bildirir ki, səhnə əsərində qəhrəmanların adları ümumiləşdirilib və onların hər biri müharibəni görən və sonrakı ağrı-acılarını yaşayan insanlardır: “Müharibədə itirdiklərinin yolunu gözləyən qəhrəmanlar sonda yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur. Əsərin ideyası da məhz bunun üzərində yazılıb”.
Səhnə əsərinin adı xüsusilə seçilib və bu ad həm də ümid nişanəsi olaraq təqdim olunur.
Rejissor qeyd edir ki, ad seçimi çöx önəmlidir, çünki ad mahiyyətdir, ad bizləri yönəldir, nümayişdən öncə mövzuyla bağlı fikir yaradır. Ən önəmlisdi isə ümid verir. Necə ki, 44 günlük müharibədə biz qalib gəldik, 30 illik həsrətimizə son qoyuldu. Bu illər ərzində sarıldığımız ümid işartıları sonda bizlərə sevinc bəxş etdi.
Tamaşanın ideya müəllifi, Bakı Bələdiyyə teatrının aparıcı aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova qeyd edir ki, “Sən qayıdacaqsan” səhnə əsəri səhnə fəaliyyətimin 30 illiyinə, yubiley yaşıma, eyni zamanda 30 illik torpaq həsrətimizə son verilməsinə həsr olunub: “Hətta bu ideyanı irəli sürəndə hələ 44 günlük müharibə başlamamışdı, sanki hadisələri qabaqladıq. Bu, bəşəri bir mövzüdür, müharibələrin törətdiyi ağrı-acılar nəticəsində nələr olur, onu ortaya qoyur. İçində həsrəti, yanğısı olan, bir sözlə müharibə dəhştlərini görmüş yara almış insanların faciəsini göstərir. Heç kim müharibə olmasını istəməz, heç kim ölümü, ayrılığı istəməz. Tamaşada mən iç dünyası həsrtələ dolu olan bir qadının taleyini yaratmışam. Qismət elə gətirdi ki, qələbə çaldıqdan sonra bu tamaşanı hazırladıq. Bu baxımdan da tamaşada olan həsrət, ayrılıq yanğısını nikbin sonluqla bitirdik”.
Aktrisa onu da bildirir ki, Bakı Bələdiyyə Teatrının 30-cü mövsümünü də “Sən qayıdacaqsan” tamaşası ilə açdıq və tamaşanın sonununda olan nikbin əhval-ruhiyyəni geniş tamaşaçı auditoriyasına çatdırqdıq: “Qoy bütün dünyada sülh, əmin-amanlıq olsun, müharibələrə son verilsin, əsgərlərimiz sağ-salamat evlərinə, yurdlarına dönsünlər. Artıq qadınlarımız – qızlarımız, analarımız göz yaşı tökməsin, hamının üzünə sevinc həkk olunsun. Bütün dünya müharibə “DUR” desin! Bunu mən bir qadın, ana olaraq arzulayıram”.
Tamaşada istifadə olunan bir çox dekorlar, əlbəsələr, sözlər simvolika üzərində yazılıb. Səhnədə qurulmuş dəmir yol xətti, dəmir yol xətlərinin dağılmış halda bir-birinə birləşməyən 4 yol ayrıcına bənzəməsi, əsərin sonunda qəhrəmanların yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirməsi və bununla da onların həsrətinə son qoyulması və s. məqamlar bütün acılara baxmayaraq insanoğlunun birlik olaraq yenidən həyatına davam etməsinə, sabahlara olan inamdan xəbər verirdi.
Tamaşanın ideya müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur.
Tamaşada iştirak edirlər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…