Noyabrın 15-də Bakı Bələdiyyə Teatrı 30 illik yubiley gecəsiylə geniş tamaşaçı auditoriyası qarşısında növbəti təqdimatını gerçəkləşdirdi.
Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının premyerası oldu.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdur.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Filologiya elmləri doktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərova, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artistləri-Nurəddin Mehdixanlı, Əli Nur, teatr tənqidiçisi Əsəd Cahangirli, eləcə də ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Tədbir öncəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalovaya verildi.
F.Acalova Mədəniyyət naziri Anar Kərimovun təbrikini çatdırdı və nazirlik tərəfindən fəxri fərmanla təltif olunan aktyorların siyahısını təqdim etdi.
Növbəti çıxış üçün söz Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılova verildi.
H.İsmayılov Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun təbrikini çatdırdıqdan sonra, İttifaqın Bakı Bələdiyyə Teatrının bir qrup aktyoruna ünvanlanan mükafatlarını təqdim etdi. Bir qrup aktyora “Sənətkar” medalı, Fəxri fərman və “Qızılgül” mükafatları verildi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrikini ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova tədbir iştirakçılarına çatdırdı.
AKİ-nin Bakı Bələdiyyə Teatrının 30 illiyinə hazırladığı diplomu və Şuşanın 270 illiyinə həsr olunmuş, Şuşa mənzərəsini özündə əks etdirən, rəssam İlham Səfərlinin rəsm əsəri təqdim olundu. Eləcə də digər çıxış edənlər teatrın yubiley təbriklərinə qatıldılar.
Tədbirdə Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş 10 dəqiqəlik video-rolikin təqdimatından sonra tamaşa başladı.
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə, eyni zamanda Bakı Bələdiyyə Teatrının 30 illik yubileyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasının əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın başına necə müsibətlər gəlib və ölkəmiz bu müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışıb.
General Sisiyanovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edən səhnə əsərində Azərbaycan xanlıqlarının ayrı-ayrı dövlətlərdən ibarət olsa da, əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çəkilir.
Tamaşada iştirak edirlər:
İsmayıl Atakişiyev (general Pavel Sisianov)
Rəşad Kəsəmənli (Hüseynqulu xan)
Rafiq İbrahimov (İbrahim xan)
Hüsniyyə Mürvətova (Tubu xanım)-Əməkdar artist
Zülfiyyə Qurbanova (Ağabəyim ağa)
Asif Rəhimov (Fətəli xan)
Əfqan Soltanov(Molla Müzəffər ağa) – Əməkdar artist
Elxan Rzayev (Saday bəy)
Tural Əhməd (Mahmud bəy)
Mehman Abdullayev (Şəfi bəy)
Toğrul Rza (Dmitri Lisaneviç)
Elçin Muradov (kölgə)
Rəşid Soltanov (1-ci kölgə)
Namiq Cavadov (2-ci kölgə)
Nigar Babayeva (1-ci rəqqasə)
Günel Həmidova (2-ci rəqqasə)
Əzizə Həşimova (3-cü rəqqasə)
Yaradıcı heyət
Quruluşçu rejissor – Mərahim Fərzəlibəyov(Xalq atristi)
Bəstəkar – Eldar Mansurov(Xalq artisti)
Quruluşçu rəssam – İlham Əsgərov(Əməkdar mədəniyyət işçisi)
İşıq rəssamı – Tərlan Ələsgərli
Kostyum sexinin müdiri – Leyla Əkbərova
Dizayn üzrə tərtibatçı – Elnur Ehtiramoğlu
SON SÖZ ƏVƏZİ: 30 yaşını tamamlayan Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…