Bakı Bələdiyyə Teatrının təqdimatında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası oldu.
Qeyd edək ki, görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən Xalq Yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilən “Məhv olmuş gündəliklər” tamaşasının quruluşu Prezident İlham Əliyevin Tofiq Kazımovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı çərçivəsində həyata keçirilib.
Premyerada ölkənin görkəmli ictimai xadimləri, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri –Millət vəkili, hüquq elmləri namizədi Ziyafət Əsgərov, Xalq yazıçısı Elçin Əfəndiyev, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli, Xalq artistləri-Rafiq Əzimov, Hacı İsmayılov, Valeh Kərimov və b. eləcə də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi iştirak ediblər.
Nümayişdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Teatrşünas İlham Rəhimli çıxış edərək bildirib ki, premyera görkəmli teatr rejissoru, pedaqoq Tofiq Kazımovun anadan olmasının 100 illiyi münasibətilə və Xalq yazıçısı İlyas Əfəndiyevin anım günündə nümayiş etdirilir.
İ.Rəhimli qeyd edib ki, İlyas Əfəndiyevin yaradıcılığı Marahim Fərzəlibəyovun rejissorluq fəaliyyətində mühüm yer tutur: “Məhv olmuş gündəliklər”, rejissorun Xalq yazıçısının əsəri əsasında səhnələşdirilən sayca 11-ci tamaşasıdır.
Teatrşünas öz çıxışında Xalq artisti, Dövlət mükafataları laureatı Amaliya Pənahovanın da hər üç sənətkarla olan əməkdaşlığına da diqqəti çəkib.
Sonra tamaşa geniş tamaşaçı auditoriyasına təqdim edildi.
1969-cu ildə yazılmasına baxmayara hələ də öz müasirlıiyini qoruyub saxlayan pyesə Mərahim Fərzəlibəyovun yanaşma tərzi xüsusilə seçilirdi.
Rejissor personajların xarakterini müasir tamaşaçıya tam olaraq çatdırmaq üçün xüsusi səy göstərmiş, nəticədə də diqqəti saf sevgi xəttinə yönəltmişdi.
Əməkdar artisti Gülsabah Quliyevanın (Gövhər), eləcə də Zülfiyyə Məmmədovanın (Fəridə), İlqar Musayevin (Ədalət), Nigar Babayevanın (Anjel), Məmmədağa Əlilicanzadənin (Savalan), Toğrul Rzanın (Qənimət) oynadığı obrazlar, əslində hər biri baş qəhrəman hesab olunur. Bu qəhrəmanlar arasında olan güclü bağlar isə hər biri sanki həyatın sınağı ilə üz-üzə qalırlar və nəticədə yaşadıqları həyat təcrübəsi onların gələcək yolunu müəyyənləşdirmək üçün qərarlı olmalarına öz təsirini göstərir.
Tamaşa maraqlı süjet xəttinə malik olduğu üçün tamaşaçıların diqqətini çəkirdi.
Baxmayaraq ki, pyes 53 il əvvəl görkəmli dramaturq İlyas Əfəndiyev tərəfindən yazılmışdı, ancaq öz aktuallığını qoruyib saxlayırdı, bir çox dialoqlar və monoloqlar bugünlə səsləşirdi.
Tamaşanın musiqi müşayiəti xüsusilə seçilirdi, Hhtta musiqi sanki qəhrəmanların dialoqlarını davam etdirir, onların deyə bilmədiklərini söyləyirdi.
Bütün bunların nəticəsi idi ki, tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanan səhnə əsərinin uğuru Bakı Bələdiyyə Teatrının 31-ci mövsümündə davamlı olacağından xəbər verirdi.
Son olaraq qeyd edək ki, Milli Teatrın səhnəsində baş tutan premyera tamaşaçılarda silinməz izlər buraxdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…