Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə 28 fevral tarixində “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub.
Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) Mədəniyyət Mərkəzində keçirilən layihə Azərbaycan Milli Konservatoriyasının xor ansamblının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb.
İlk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edib.
Kulturoloq Fuad Məmmədov və Minəxanımın Əsədova Qarabağ mədəniyyəti mövzusunda çıxış edərək gənclərə Qarabağ barəsində maraqlı faktları çatdırıblar.
Tədbirin bədii hissəsi Bakı Bələdiyyə Teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası ilə başlayıb.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb etmişdir. Bu baxımdan da, Natəvanı həm ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim etmişdir. Pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır.
Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır.
Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib.
Tədbirin bədii hissəsindən sonra “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə layihə barəsində ətraflı məlumat verərək bildirib ki, Qarabağ mədəniyyəti sadəcə olaraq adət-ənənə toplusu deyil, bizi birləşdirən, bizi biz edən hər daşında, hər mahnısında, hər rəqsində tarixinin yaşadığı diyardır. Həmçinin, bu tədbiri keçirməklə Qarabağın zəngin və unikal mədəniyyəti ilə gəncləri tanış etməkdən qürur duyduğunu qeyd edib.
Xalq artisti Könül Xasıyeva, Əməkdar artistlər- Xəyyam Nisanov, İlkin Əhmədov, Elton Hüseynəliyev, xanəndə Rəvan Qocayev, aşıq Qoca Ərəbov, gənc xanəndə Nuray Hacızadə və b. öz ifaları ilə tədbirə rəng qatıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…