Dekabrın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Daha sonra Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolu, Vətən, xalq, dövlət qarşısında müstəsna xidmətlərindən danışıb, Ulu Öndərlə bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
A.Qurbani onu da qeyd edib ki, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev 20 il öncə əbədiyyətə qovuşsa, cismən sıralarımızda olmasa da mənən xalqın yaddaşında, xatirəsində əbədi yaşayır: “Bütün mənalı ömrünü mənsub olduğu xalqın xoşbəxt, firavan gələcəyinə həsr etmiş dahi Liderin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi siyasi varisi, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son 20 ildə qazandığımız bütün uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ideyaları yaşayır, Prezident İlham Əliyev ata vəsiyətini, ata arzularını ardıcıl olaraq layiqincə yerinə yetirir”.
Tədbirdə Azərbaycan Ordusu Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı “Yaşayır Ulu Öndər” adlı videoçarx vasitəsilə dahi Liderin həyatının müxtəlif anları vizual görüntülərlə canlandırılıb.
1992-ci ildə Ulu Öndər Heydər Əliyevin xeyir-duası və görkəmli sənətkarlarımız, xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun yaratdıqları, bu gün də Azərbaycan əsgərinə mədəni xidmət göstərilməsində xüsusilə fərqlənən Bakı Bələdiyyə Teatrının Abdulla Qurbaninin eyniadlı poeması əsasında hazırladığı “Xilaskar” adlı rekviyem-tamaşa mərasim iştirakçılarına təqdim edilib.
Tədbirdə iştirak edən Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı Mərahim Fərzəlibəyov öz çıxışında Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib və keçirilən tədbirin Ulu Öndərin xatirəsinə ən gözəl töhfə olduğunu bildirdi.
Azərbaycan Akademik Opera və Balet Teatrının Simfonik orkestrinin müşayiəti, xor və solistlərin iştirakı ilə hazırlanmış “Qalib Sərkərdə” adlı musiqi layihəsi təqdim olunduqdan sonra Bakı Bələdiyyə Teatrının aktyorları Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…