Bakı Bələdiyyə Teatrı növbəti 31-ci teatr mövsümünə start verib.
Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı Bələdiyyə Teatrının 30-cu mövsümü bir çox əlamətdar hadisələrlə yanaşı, eyni zamanda böyük ruh yüksəkliyilə yola salınan qaynar xarakterli iş sistemi ilə yadda qaldı. Ötən mövsümdə teatrda müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti ölkədə keçirilən tədbirlərin əksəriyyətində iştirak edib.
30 illik hesabat xarakterli yubiley mərasimi, bir çox yeni tamaşaların nümayişi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi münasibətilə Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində uğurlu səfəri, Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ənənələrini yaşadırıq!” devizi ilə keçirilən mədəni-kütləvi tədbirlərdə olan iştirakı, Ulu öndərin 100 illiyi çərçivəsində keçirilən tədbirlər planına öz töhfəsini verərək, yeni səhnə əsərlərilə tamaşaçıların görüşünə gəlmək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq və s. məqamlar ötən mövsümün uğurlarına daxildir.
31-ci mövsümdə nələr olacaq, hansı layihələr həyata keçiriləcək, bu mövsümdə premyeraları nəzərdə tutulan tamaşalar hansılardır, repertuar planı necə qurulacaq və s. haqqında geniş məlumat yaxın günlərdə təqdim olunacaq.
Xatırladaq ki, 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılan, yarandığı gündən saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən, fəaliyyətilə “Döyüşən teatr” adını qazanan, bu illər saysız tamaşalar hazırlayan, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Fətəli Axundov, Nazim Hikmət, Əziz Nesin, Cəfər Cabbarlı, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirən
Bakı Bələdiyyə Teatrı çətin şəraitdə tamaşalar hazırlamasına baxmayaraq daima uğurlu tamaşaları ilə böyük tamaşaçı auditoriyasının qəlbini fəth etməyi bacardı.
Və 31-ci mövsümdə öz tamaşaçılarına ən dəyərli sənət nümunələrini təqdim etməyi planalaşdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…