Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Bakı Bələdiyyə Teatrı da iştirak edib.
Bakı Bələdiyyə Teatrının bir qrup aktyoru sərgidə rejissor, Xalq artisti Marahim Fərzəlibəyovun Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun eyniadlı hekayəsi əsasında səhnələşdirdiyi “Ana tarla” tamaşasından bir parçanı qonaqlar qarşısında nümayiş etdiriblər.
Xatırladaq ki, Ç.Aytmatovun “Ana tarla” əsəri bir qadının faciəsindən bəhs edir. Əsərin əsas qəhrəmanlarından biri olan Tolqanay obrazını teatrın aparıcı aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova oynayır.
Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında olan duyğu yükü, müharibə ağrı-acıları və sabahlara olan inam o qədər təbii verilir ki, tamaşaçı səhnədə baş verənləri xəyalı vasitəsilə sanki həmin dövrə səyahət edir, qəhrəmanların yaşantılarına şərik olurdular.
Sərgi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyiylə Teymur Elçinin tərcüməsi əsasında M.Fərzəlibəyovun səhnəlşdirdiyi “Ana tarla” kitabının da təqdimatı olub.
Qeyd edək ki, kitabda yer alan dram ilk dəfə K.S.Stanislavski adına Moskva Dram Teatrında tamaşaçılara təqdim edilmişdir. Bu əsər həmçinin müxtəlif illərdə Azərbaycan Akademik Milli Dram Teatrında 2023-cü ildə isə Bakı Bələdiyyə Teatrı tərəfindən səhnəyə qoyulmuşdur. Nəşrdə yer alan fotolar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Bakı Bələdiyyə Teatrının hazırladığı tamaşadandır.
Kitabın üzərində isə Tolqanay obrazında Hüsniyyə Mürvətovanın şəkli yer alıb. Bundan başqa, kitabda “Heydər Əliyev İli” çərçivəsində Çingiz Aytmatovun 95 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan “Ana tarla” tamaşasının premyerasında Günay Əfəndiyevanın, “Ana tarla” tamaşasının premyerasında Qırğız Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Taalatbek Masadıkovun, “Ana tarla” tamaşasının premyerasında Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin çıxışları, “Ana tarla” tamaşasının premyerasında Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın video-müraciəti və s. yer alıb.
Qeyd edək ki, sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak ediblər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilmiş, müxtəlif formatda 220-dən çox tədbir həyata keçirilmişdir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…