Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellinin “Norma” operasının premyerası olacaq.Azərtac xəbər verir ki, bununla əlaqədar bu gün BMA-da mətbuat konfransı keçirilib. Tədbirdə akademiyanın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva tamaşanın yaradıcı heyətini təbrik edərək onları təqdim edib. Bildirib ki, premyera Azərbaycanın ilk opera ifaçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilir.“Opera Studiyası tələbələr üçün bir təcrübə laboratoriyasıdır. Tələbələr burada səhnədə oynamağı, ifaçılığı öyrənirlər. Tələbələr üçün hər bir şərait yaratmağa çalışırıq ki, onlar gələcəkdə də ölkəmizi yüksək, professional ifaçılar kimi təmsil etsinlər. Tamaşada Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri iştirak edəcək”, – N.Quliyeva qeyd edib.Qeyd edilib ki, opera-seria janrında olan, belkanto üslubunun tanınmış şedevridir və paytaxtımızın mədəni həyatında böyük hadisədir. Əsər italiyalı bəstəkar Vincenzo Bellinin ikipərdəli lirik tragediyasıdır. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…