UNESCO-nun baş direktoru Odri Azuley Beynəlxalq Caz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.Azərtac xəbər verir ki, müraciətdə UNESCO-nun bu il aprelin 30-da VII Beynəlxalq Caz Gününü qeyd etməkdən qürur duyduğu bildirilir. Diqqətə çatdırılır ki, bu günün qeyd olunması caz sənətinə və irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, həm də musiqinin insanları bir araya gətirmək gücünün tanınmasıdır. Caz öz başlanğıcını əsarətə qarşı müqavimətdən və azadlıq uğrunda mübarizədən götürür. Bu musiqi müxtəlif ifa üslubunda saysız-hesabsız mədəniyyətlərə daxil olub, ifadə formalarına çevrilib.Beynəlxalq Caz Günü bu il dünyanın 190-dan çox ölkəsində qeyd ediləcək. Builki Beynəlxalq Caz Gününə Sankt-Peterburq ev sahibliyi edəcək. Şəhərdə cazla bağlı seminarlar, ustad dərsləri, film nümayişləri olacaq və dünyanın bir çox ölkələrindən tanınmış caz musiqiçilərini bir araya gətirən “The All-Star Global Concert” proqramı təqdim ediləcək. Tədbir UNESCO, Telonius Monk Caz Sənəti İnstitutu, İqor Butman Fondunun birgə əməkdaşlığı ilə təşkil olunacaq.Müraciətin tam mətni ilə UNESCO-nun saytında tanış olmaq mümkündür.Beynəlxalq Caz Günü münasibətilə Bakıda Beynəlxalq Muğam Mərkəzində qala-konsert olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…