Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə “Azərbaycan muğamı gecəsi” təşkil edilib.Azərtac xəbər verir ki, tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin siyasi həyatında çox vacib hadisəyə – Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb və bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin Çinin dövlət başçısına təbrik məktubu ünvanlandığını diqqətə çatdırıb. Məktubun məzmunu ilə tədbir iştirakçılarını tanış edən səfir, Azərbaycan və Çin liderlərinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini qeyd edib.Səfir Ə.Zeynallı Azərbaycanın Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Konsertin təşkilində əsas məqsədin Çin ictimaiyyətini musiqi vasitəsilə qədim və zəngin mədəniyyətimizlə tanış etmək, musiqi körpüsü ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq olduğunu vurğulayan səfir, bununla da mədəniyyət sahəsində əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermək olduğunu bildirib.Diplomat xalqımızın qədim bayramı Novruz haqqında məlumat verərək deyib ki, baharın gəlişini, təbiətin oyanışını, ruzi-bərəkət, paklıq və həmrəyliyi xarakterizə edən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd olunur. O, Azərbaycanda Novruz şənliklərini muğamsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb.Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında “Leyli və Məcnun” operasından parçalar, “Şahnaz”, “Çahargah”, “Qatar”, “Bayatı-Şiraz” və “Segah” təsnifləri, “Qarabağ” şikəstəsi ifa olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…