Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada görkəmli qazax şair və mütəfəkkiri “Abay Kunanbayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.Azərtac xəbər verir ki, “TRT Arı” studiyasında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən TÜRKSOY-un Baş katib Düsen Kaseinov, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Yeldost Ramazanov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu şair Abayı yeni milli qazax bədii ədəbiyyatının yaradıcısı kimi səciyyələndiriblər. Qeyd edilib ki, onun şeirləri ilə yanaşı, Qazax xalqına nəsiyyətlərinin əks olunduğu əsərlərdə xalqın maariflənməsi, mənəvi dəyərlərin qorunması, həyat tərzi, təhsil, dinə münasibət kimi mövzulara toxunulur. Abayın yaradıcılığı xalqın övladlarının kamil insan kimi yetişməsi amalına xidmət edir.Sonra böyük mütəfəkkirin 175 illiyi münasibətilə konsert proqramı təqdim olunub.Türkiyə Prezident Administrasiyasının simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Azərbaycan, Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yerini (Moldova) təmsil edən görkəmli sənətçilər çıxış ediblər.Qeyd edək ki, TÜRKSOY 2020-ci ili türkdilli dövlətlərdə “Abay Kunanbayev ili” elan edib. Bu qərar əsasında cari ildə təşkilata üzv ölkələrdə böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…