Azərbaycan Milli Xalça Muzeyində sentyabrın 28-də böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.Milli Xalça Muzeyinin təşkilatçılığı ilə II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutacaq sərginin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Xalq rəssamı Eldar Mikayılzadə çıxış edəcək.Azərbaycan Milli Xalça Muzeyindən Azərtac-a bildirilib ki, tədbirdə müsabiqənin qalibləri mükafatlandırılacaqlar.Qeyd edək ki, müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələrdən 35 nəfər qatılıb və onlar ümumilikdə 51 xalça eskizi təqdim ediblər. I və II yerin sahibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. III yerə layiq görülən əsər isə Azərbaycan Milli Xalça Muzeyinin “facebook” səhifəsində açıq səsvermə nəticəsində, münsiflər heyətinin həmin yerə layiq gördüyü 7 eskiz arasından seçilib.Sərgidə qaliblərin eskizləri əsasında Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu üç xalça tədbir iştirakçılarının önündə kəsiləcək və adət-ənənəyə uyğun, şirniyyat süfrəsi ilə təqdim olunacaq. Eyni zamanda, Xalq rəssamı Eldar Mikayılzadənin yubiley münasibətilə yaratdığı “Nəsimi” xalçası və müsabiqəyə təqdim edilmiş bütün eskizlər sərgilənəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…