Bu gündən etibarən Nizami Kino Mərkəzində Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri təqdim olunacaq. Kinosevərlər filmlər artıq Bakıda dördüncü Britaniya Film Baharı Festivalını çərçivəsində izləyə biləcəklər.Azərtac xəbər verir ki, bu sözləri “British Council Azerbaijan”nın rəhbəri Elizabet Vayt jurnalistlərə müsahibəsində deyib.O bildirib ki, festival rəhbəri olduğu qurumun ölkəmizdəki fəaliyyətinin 25-ci ildönümünə həsr edilir. Festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film – “Nəfəs al” (Breathe), “Dafna” (Daphne), “Korluq haqqında qeydlər” (Notes of Blindness), “Devid Boui” (David Bowie Is), “Tutqun işıqlar şəhəri” (City of Tiny Lights), “İngiltərə mənimdir” (England is Mine), “Baxıcı” (The Carer) və “Əyri ev” (Crooked House) nümayiş ediləcək.“Endi Serkisin rejissoru olduğu və mükafata layiq görülmüş “Nəfəs al” builki festivalın açılış filmi olacaq. Bütün filmlər ingilis dilində təqdim ediləcək. Filmsevərlər “Nəfəs al”, “Dafna” və “İngiltərə mənimdir” filmlərini Azərbaycan dilində alt yazılarla izləyə biləcəklər. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmayacaq. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”, – deyə E.Vayt söyləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…