“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə”…

Avqustun 29-da Samux rayonunda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçiriləcək.Konfrans “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, konfransın II hissəsi “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda panellə davam edəcək. Paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun, dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Ruslan Əsgərovun, rayon Gənclər və İdman İdarəsinin rəisinin məruzələri dinləniləcək.Tədbirdə dini radikalizmlə mübarizə, Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, islami və milli-mənəvi dəyərlərin qorunub saxlanılması, dindarlar, xüsusilə gənclər arasında təşviqi məsələləri müzakirə olunacaq.Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Samux Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının nümayəndələri, dini icma sədrləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak edəcəklər.Konfransdan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Samux rayonunda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünləri qəbul edəcək.xeber100.com

Avqust 28, 2017 12:16