Vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə…

Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Göyçay rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov, rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin direktoru Bəhman İmranov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, ötən 9 ayda rayonda görülən işlər nəticəsində 800-dən çox yeni iş yeri açılıb.Məlumat verilib ki, son vaxtlar rayon gəncləri müxtəlif sənətkarlıq sahələri üzrə kurslarda iştirak etmək üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzinə müraciət edirlər. Hazırda mərkəzdə 50-ə yaxın ixtisas üzrə kurslar təşkil edilir və iştirakçılara şəhadətnamə verilir, onların Məşğulluq Mərkəzi vasitəsilə işlə təmin edilməsinə köməklik göstərilir.Çıxışlardan sonra əmək yarmarkasında iştirak edən vətəndaşlara 16 müəssisə və təşkilat tərəfindən 131 boş iş yeri təqdim olunub. İş təqdim edən müəssisələrdən 10-u dövlət, 6-sı özəldir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 215 nəfər işaxtaran vətəndaşdan 40-ı öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikintidə işlə təmin olunublar.Həmçinin əmək yarmarkasında 60 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib.Qarşıdakı günlərdə boş qalmış 91 yerə işçi göndərilməsi üçün tədbirlər davam etdiriləcək.xeber100.com

Oktyabr 6, 2017 3:03

Dövlət Gömrük Komitəsi vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sentyabrın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək.Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Ağdam, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.xeber100.com

Sentyabr 25, 2017 2:29