“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”…

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin ictimai müzakirələrini bölgələrdə davam etdirirlər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Azərtac-a bildiriblər ki, bu silsilədən növbəti tədbir Qəbələ şəhərində Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayonlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov məruzə ediblər. Məruzəçilər həm "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədi barədə, həm də ölkədə aparılan davamlı və sistemli islahatlar haqqında məlumat veriblər. İctimaiyyət nümayəndələri çıxış edərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinə dair təkliflərini səsləndiriblər. Qeyd edək ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin müzakirəsi respublikamızın əksər bölgələrini əhatə edib.xeber100.com

İyul 17, 2016 10:50

“Azərbaycan Könüllülük Xidməti”…

Gəncədə keçirilən “Azərbaycan Könüllülük Xidməti” yay məktəbi başa çatıb. Yay məktəbi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunub. Milli Şuradan Azərtac-a bildiriblər ki, yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, habelə könüllülük dəyərlərini bölüşmək və gənclərin bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədi daşıyıb. Dörd gün davam edən yay məktəbində 60 gəncin iştirakı ilə “Könüllülük nədir?” seminarı, “Avropada könüllülük: ən yaxşı təcrübələr”, “Könüllülərin cəlb olunması və motivasiyası”, “Könüllülərin idarə edilməsi” kimi mövzularda təlimlər təşkil olunub. Yay məktəbi çərçivəsində gənclər dövlət rəsmilərinin iştirakı ilə “Azərbaycanda könüllülük hərəkatı: təcrübə və müasir çağırışlar” mövzusunda panel sessiyasında fikir mübadiləsi aparıblar. Onlar təlimlərlə yanaşı, müxtəlif komanda quruculuğu oyununda iştirak ediblər. Yay məktəbi zamanı “açıq mikrofon” müsabiqəsi təşkil olunub, qalib iştirakçı hədiyyə ilə mükafatlandırılıb. Gənclər növbəti günlərdə “Könüllülük sahəsində mövcud problemlər”, “Könüllülük sahəsində problemlərin həlli yolları” və “Könüllülük sahəsində ən yaxşı yerli və beynəlxalq təcrübələr” mövzuları ətrafında qrup işlərində müzakirələr aparıblar. Qrup işlərin nəticəsi olaraq hər bir komanda təqdimat keçirib. Bundan başqa, yay məktəbində iştirak edən gənclər Gəncə ilə tanış olublar. Yay məktəbinin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunublar.xeber100.com

İyul 16, 2016 5:10