21 İyun 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi miqrasiya ilə bağlı əlavə tədbirlər görməyi planlaşdırır
Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı “Etihad Airways” səhmlərini satır
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq…

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov iyunun 30-da saat 10:00-da Lənkəran Şəhər Prokurorluğunun inzibati binasında Lənkəran şəhərinin, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.xeber100.com

İyun 21, 2017 11:47

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev iyunun 23-də saat 10:30-da Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində (Heydər Əliyev küçəsi 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.DGK Mətbuat Xidmətindən Azərtac-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən Mingəçevir şəhərinin, Oğuz, Şəki, Qəbələ rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.xeber100.com

İyun 19, 2017 12:30

Avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrılıb

Ölkə başçısı iyunun 12-də “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.Azərtac xəbər verir ki, Sərəncama əsasən, 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.xeber100.com

İyun 13, 2017 12:05

Sahibkarlar üçün treninqlər keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 3 saylı peşə liseyində gənclər üçün, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Biznes planların hazırlanması", "Üzümçülüyün inkişaf perspektivləri", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın formalaşması və reallaşdırılması, biznes planların tərtibi, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlıq və səmərəliliyin yüksəldilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.xeber100.com

İyun 13, 2017 12:00

Gənclər və idman naziri vətəndaşları qəbul edib

İyunun 7-də Gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edib.Azərtac xəbər verir ki, Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarından, ümumilikdə, 20-dən çox sakinin müraciəti dinlənilib.Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminatla bağlı olub.İdman sahəsi ilə bağlı müraciətlər fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin edilməsi, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələlərlə bağlı olub.Gənclər sahəsində isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti kimi müraciətlər qeydə alınıb.Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.xeber100.com

İyun 7, 2017 12:17

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Füzuli rayonu Horadiz şəhərində iyunun 30-na nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək iyunun 16-na keçirilib.Komitədən Azərtac-a bildirilib ki, qəbul saat 11:00-da Füzuli rayonu Horadiz şəhərində keçiriləcək. Qəbulda Füzuli rayonu ilə yanaşı, Beyləqan, Ağcabədi, İmişli, Cəbrayıl rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatından irəli gələn məsələlər, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və komitənin fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.xeber100.com  

İyun 5, 2017 12:43

Kənd təsərrüfatı naziri vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 9-da Yevlax Şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə və Yevlax Şəhər Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər.xeber100.com

İyun 5, 2017 12:40

Mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib

Mayın 30-da Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmazda şimal bölgəsindən olan vətəndaşlarla görüşüb.Azərtac xəbər verir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində nazirliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 30-dan artıq vətəndaşın müraciətlərinə baxılıb.Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.xeber100.com

May 30, 2017 3:32

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən…

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, II Respublika xalq teatrları festivalının seçim mərhələləri başlayıb. Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması festivalın əsas məqsədləridir.Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən Azərtac–a bildirilib ki, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində festivalın baxış mərhələsi keçirilib. Baxışda Sumqayıt və Xaçmaz Regional Mədəniyyət və Turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib.xeber100.com

May 25, 2017 2:31

Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 26-da Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcək.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Tovuz Olimpiya İdman Kompleksində (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 4) keçiriləcək qəbulda Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.xeber100.com

May 24, 2017 1:41
    Page 18 of 46« First«...10...1617181920...3040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az