Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Bərdədə dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.Azərtac xəbər verir ki, Bərdə Olimpiya İdman Kompleksində təşkil olunan və 5 gün davam edəcək qiymətləndirmədə Bərdə ilə yanaşı Ağdam, Füzuli, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan 10 mindən çox müəllim iştirak edəcək. Kompleksin idman zalında 500 nəfərin imtahan verməsi üçün lazımi şərait yaradılıb.Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir. Müəllimlərin sualları cavablandırarkən seçdikləri cavabları dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək imkanları var.Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 dəqiqə ərzində aparılır. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı təqdim edilib. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə biləcəklər.Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.xeber100.com

Aprel 17, 2017 2:29

Əhalinin pulsuz tibbi-profilaktik müayinəsi davam edir

Neftçalada əhalinin pulsuz tibbi-profilaktik müayinəsi mütəşəkkil keçirilir.Azərtac xəbər verir ki, aksiya başlanandan bu günə kimi 31 min 885 nəfər rayon sakini tibbi müayinədən keçirilib.Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsindən bildirib ki, humanitar aksiya rayon üzrə 64 min 415 sakini əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 2 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Səyyar briqada fiziki imkanları məhdud və ahıl insanların müayinəsini evlərdə aparır. Bununla yanaşı, Rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kompaniyaya cəlb edilib. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə edilir.Rayon mərkəzi ilə yanaşı, təşkilatlarda çalışan və kəndlərdə yaşayan sakinlərin də kütləvi tibbi müayinəsi uğurla davam etdirilir. Artıq 83 təşkilatın hamısında, 52 yaşayış məntəqəsindən isə 9-da tibbi müayinələr başa çatdırılıb.Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstaxanası,15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kompaniyaya cəlb olunub. Müayinələr zamanı xəstəlik aşkarlanan 1143 ambulatoriya, 10 nəfər stasionar müalicəyə cəlb olunub. Rayon şəraitində müalicəsi mümkün olmayan 14 xəstə isə Bakı şəhərindəki İxtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər.xeber100.com

Aprel 11, 2017 2:40

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 29-da Ağdamda növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.Komitədən Azərtac-a bildirilib ki, səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, daşınmaz əmlakın kadastrı məsələlərinə aid olub. Müraciətlərin bir qismi torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə olub. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericilikdə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı özbaşına dəyişdirilir, orada yaşayış evləri tikilir, süni göllər salınır və ya bu torpaqlar tamamilə istifadəsiz saxlanılır. Qəbulda həm özəlləşmə, daşınmaz əmlakın qeydiyyatı, həm də torpaqlardan istifadəyə dair müraciətlər və suallarla bağlı mövcud qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə qeydiyyata alınıb.xeber100.com

Mart 29, 2017 2:38