Xocalı soyqırımının 25-ci ildönümü qeyd olunub

Xocalı soyqırımının 25-ci ildönümü Ağcabədidə silsilə tədbirlərlə qeyd olunub.Azərtac xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov və başqaları tədbirdə çıxış edərək, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb, baş verənləri bütün bəşəriyyətə, insanlığa qarşı törədilən qanlı cinayət adlandırıblar.Çıxışlardan sonra Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri “Bu dağların qoynunda yaşıl bir kənd varı idi” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.Tədbir Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.xeber100.com

Fevral 17, 2017 12:05