05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” 2025-ci ilin ortalarında işçi adı “Redwood” olan yeni modelini istehsal etməyi planlaşdırır. Reuters agentliyi xəbər verir ki, elektromobil geniş kütlə üçün nəzərdə tutulan “kompakt krossover” olacaq. “Redwood” elektrokarının start qiymətinin təxminən 25 min dollar olacağı gözlənilir. Onun qiyməti kompaniyaya 2023-cü ilin son rübündə satışlarda “Tesla” elektromobillərini qabaqlayan BYD kimi Çin kompaniyaları ilə rəqabət aparmağa imkan verəcək. Kompaniya həftədə bu modeldən olan təxminən 10 min elektromobil istehsal etmək niyyətindədir. Xatırladaq ki, 2023-cü ilin noyabrında kompaniyanın sahibi İlon Mask Şimali Amerikada elektrik mühərriki ilə işləyən yeni “Cybertruck” pikapının satışının başladığını elan edib. Onun başlanğıc qiyməti 61 min dollardır.xeber100.com

Yanvar 24, 2024 11:38

“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb. Kompaniyanın saytında yerləşdirilən məlumata görə, yerətrafı orbitə daha 23 mini-peyk çıxarılıb. Daşıyıcı raket yanvarın 15-də Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan start götürüb. Onun artıq 12-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “A Shortfall of Gravitas” platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxsa da, 5,3 mindən çoxu işlək vəziyyətdədir. “SpaceX” kompaniyasının layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də fəal istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com    

Yanvar 15, 2024 2:49

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…

BMT Ukraynada yaşayan və ölkəni tərk etmək məcburiyyətində qalan insanlara kömək üçün 4 milyard dollardan çox vəsait toplamağa çağırıb. Associated Press agentliyi bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına istinadla məlumat yayıb. Bəyanatda deyilir ki, həmin məbləğin 3,1 milyard dolları Ukraynada yaşayan əhaliyə, 1,1 milyard dolları isə ölkəni tərk edən qaçqınlara və “onları qəbul edən icmalara” dəstək üçün lazımdır. Hesablamalara görə, bu il Ukrayna əhalisinin təxminən 40 faizi və ya 14,6 milyondan çox ukraynalı humanitar yardıma ehtiyac duyacaq. Qaçqın düşən ukraynalı məktəblilərin yalnız yarısı hazırda təhsilini davam etdirir, qaçqınların isə yalnız 40-60 faizi işlə təmin olunub.xeber100.com  

Yanvar 15, 2024 2:47

Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır

Avropa İttifaqı Macarıstanın mümkün vetosundan yayınmaq üçün Ukraynaya büdcədənkənar fondlar hesabına təcili maliyyə yardımı ayırmaq imkanını nəzərdən keçirir. “Financial Times” qəzeti xəbər verir ki, müzakirələrlə tanış olan ekspertlərin sözlərinə görə, Avropa İttifaqının diplomatları 26 üzv ölkə ilə potensial maliyyə paketinin mümkünlüyü və texniki təfərrüatları ilə bağlı şəxsi təmaslar aparır. Bu, Kiyevi ən azı bir il fövqəladə maliyyə ilə təmin etməlidir. Avropa Komissiyası, həmçinin 2027-ci ilədək Rusiyanın dondurulan aktivlərinin yenidən investisiya edilməsi ilə əldə olunan gəlir hesabına Kiyevə dəstək üçün istifadə oluna biləcək təxminən 15 milyard avro vəsait toplamaq niyyətindədir. Qeyd edək ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının dekabrın 14-15-də keçiriləcək sammitində Kiyevə 50 milyard avro həcmində maliyyə yardımı təklifinə mane olacağını bildirib. Onun sözlərinə görə, Brüssel Macarıstanın vetosundan yan keçmək üçün mümkün yollar axtarır.xeber100.com  

Dekabr 12, 2023 1:40

Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Rusiya və İranın xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub. Tərəflər ikitərəfli münasibətlərə dair aktual məsələləri, eləcə də Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Xarici siyasət idarələrinin başçıları münaqişə zonasında dərhal atəşkəs elan edilməsi, mülki əhaliyə yardım göstərilməsi, bu məqsədlə BMT-nin nüfuzundan istifadə olunmasına çağırıblar.xeber100.com

Dekabr 12, 2023 1:37

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında bağırsaq, dəri və hepatit növlərinin yayılması ilə bağlı xəbərdarlıq edib. UNRWA-nın Qəzza üzrə mətbuat direktoru Adnan Abu Husne mövzu ilə bağlı mətbuata açıqlama verib. Əbu Hüsne əvvəlki günlərlə müqayisədə bölgədə bağırsaq xəstəliklərinin 4 dəfə, dəri xəstəliklərinin isə 3 dəfə artdığını bildirib. BMT rəsmisi təsdiq edib ki, bölgədə vəba epidemiyasına yoluxma hallarının artıb, həmçinin hepatit növləri ilə bağlı bəzi məlumatlar var. UNRWA-nın Qəzza direktoru Tomas Uayt dünən BBC-yə verdiyi açıqlamada Fələstin bölgəsindəki məktəblərindən birində hepatit A epidemiyasının şahidi olduğunu bildirib.xeber100.com

Dekabr 4, 2023 2:09

Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib

Moskvada son 145 ilin ən güclü qarı yağıb. “Oliver” siklonunun təsiri nəticəsində sutka ərzində Moskva və Moskva vilayətinə aylıq normanın üçdə biri qədər yağıntı düşüb. Bu gecə qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb. Qarlı hava səbəbindən Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib. Hidrometeoroloqlar xəbərdarlıq edir ki, güclü qardan sonra Moskvanı Sibir şaxtaları gözləyir. Dekabrın 6-dan həftə sonunadək 15-20 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.xeber100.com

Dekabr 4, 2023 2:06

İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. TASS agentliyi bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Tobelo şəhərindən 89 kilometr qərbdə, ocağı isə 103 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.xeber100.com

Noyabr 22, 2023 2:22

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi miqrasiya ilə bağlı əlavə tədbirlər görməyi planlaşdırır

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi qanuni miqrasiya ilə bağlı əlavə tədbirlər görməyi planlaşdırır. “Financial Times” qəzeti xəbər verir ki, nazirliyin məlumatına görə, ixtisaslı işçilər əmək vizası ilə bağlı müraciət etmək üçün ildə azı 26,2 min funt-sterlinq (32,8 min dollar), sosial işçilər isə 20,9 min funt-sterlinq (26,2 min dollar) əməkhaqqı almalıdır. Buna baxmayaraq, hakim mühafizəkarlar partiyasından olan deputatlar qanuni mühacirlərə qarşı daha sərt tədbirlərin görülməsini istəyir. Qeyd edək ki, Böyük Britaniyada işçi çatışmazlığı krallığın 2020-ci ildə Avropa İttifaqını tərk etməsindən sonra daha da artıb.xeber100.com

Noyabr 22, 2023 2:19

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı “Etihad Airways” səhmlərini satır

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı “Etihad Airways” Serbiyanın “Air Serbia” aviaşirkətinin ortaq mülkiyyətindən çıxacaq və dövlət milli aviadaşıyıcıya tam sahiblik edəcək. Bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib. Nazir bildirib ki, Serbiya dövləti “Etihad Airways”in 18 faizlik səhmlərini tam şəkildə alacaq. Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısının ortaq sahiblikdən çıxması isə şirkətin qərarıdır. “Air Serbia” regionun ən böyük aviaşirkətidir. Biz iflasda olan bu şirkəti dörd qitəyə, çoxlu sayda ölkəyə uçuşlar həyata keçirən lider aviaşirkətə çevirdik. Dövlət “Air Serbia”nı daha da inkişaf etdirmək niyyətindədir. Bundan sonra da təyyarələrin alınması, yeni istiqamətlərə uçuşların həyata keçirilməsi davam etdiriləcək”, - deyə S.Mali bildirib. Qeyd edək ki, “Etihad Airways” 2013-cü ildə Serbiyanın keçmiş Yuqoslaviya dövründən zərərlə işləyən “JAT Airways” aviaşirkətinin səhmlərinin 49 faizini alaraq “Air Serbia”nın rebrendinqini həyata keçirib. 2021-ci ildə isə Serbiya dövləti aviaşirkətdəki payını 51 faizdən 82 faizə yüksəldib, “Etihad”ın payı 49 faizdən 18 faizə enib.xeber100.com

Noyabr 15, 2023 3:21
    Page 2 of 299«12345...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az