25 İyun 2022 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Tunisin Beynəlxalq Hava Limanında bütün beynəlxalq uçuşlar dayandırılıb
İtaliya ərazisinə bu vaxtadək 120 mindən çox ukraynalı qaçqın daxil olub
Ukraynada hərbi vəziyyət və səfərbərlik avqustun 23-dək uzadılıb
“NATO-suz həyat – sülh üçün ideyalar” mövzusunda simpozium keçirilib
Rusiyada yeni “Böyük tənəffüs” uşaq və gənclər təşkilatı yaradılır
Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb
Avstraliyada parlamentə ümumi seçkilərdə erkən səsvermə başlayıb
Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş yoxdur
İkitərəfli strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Mercedes-Benz” şirkəti Misirdə elektromobil istehsalını həyata keçirəcək
Hərbi əməliyyatlar ispanların alıcılıq qabiliyyətinə birbaşa təsir edib
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə…
Avropa İttifaqı gömrük rüsumlarını bir illik dayandıra bilər
“Microsoft korporasiyasının gəliri ötən ilin eyni dövrü ilə müqayisədə artıb
Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb
Kiyev şəhərində komendant saatının vaxtı qısaldılıb
Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumatı
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Gürcüstan parlamenti 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər edib

Gürcüstanda bu il 7,7 faiz iqtisadi artım proqnozlaşdırılır.Azərtac xəbər verir ki, Gürcüstan parlamenti bununla bağlı 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər edib.Parlamentin 85 deputatının səs verdiyi sənəddə iqtisadi artım 7,7 faiz səviyyəsində müəyyən olunub.Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze bildirib ki, planlaşdırılmış yüksək artım büdcə gəlirlərini artırmağa imkan verəcək.Qeyd edək ki, Gürcüstanın dövlət büdcəsinin əvvəlki redaksiyasında 2021-ci il üçün iqtisadi artım proqnozu 4,3 faiz olub.Beynəlxalq Valyuta Fondu Gürcüstan iqtisadiyyatında 7,7 faizlik artım proqnozundan sonra hökumət büdcəyə yenidən düzəlişlər edib.xeber100.com

İyul 27, 2021 1:52

Fransa Milli Assambleyası yeni qanun layihəsi qəbul edib

Fransa Milli Assambleyası koronavirus epidemiyası ilə bağlı sanitar sənədin (peyvənd sənədi) istifadəsinə dair qanun layihəsini qəti şəkildə qəbul edib. Qanun layihəsi 60 saat müzakirələrdən sonra 156 lehinə, 60 əleyhinə və 14 bitərəf səslə qəbul olunub.Azərtac xəbər verir ki, sanitar sənədin istifadə dairəsinin genişlənməsi, tibb işçilərinin məcburi peyvənd edilməsi, COVID-19 virusuna yoluxma təqdirində 10 günlük təcrid olunma layihənin əsas tədbirləri arasındadır.Sanitar sənədin 50 –dən çox insanın toplaşdığı istirahət və mədəni tədbirlərdə tələb olunacağı bildirilib. 12-17 yaş kateqoriyasından olan yeniyetmələrdən sanitar sənədin sentyabrın 30-dan etibarən tələb olunacağı qeyd edilir.Sanitar sənəd tələb olunan sektorların işçiləri avqustun 30-dan peyvənd sənədini təqdim etməlidirlər. Peyvənd sənədi olmayan işçilər aylıq məvacibi ödənilmədən işdən uzaqlaşdırılacaq.Saxta sanitar sənəddən istifadə edənlər 135 avro cərimə ediləcək.xeber100.com

İyul 27, 2021 1:34

Gürcüstan parlamenti dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqləyib

Gürcüstan parlamenti 2021-ci ilin dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqləyib. Büdcə gəlirləri 1 milyard 175 milyon lari artırılıb.Azərtac xəbər verir ki, Gürcüstan maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze parlamentin iclasında büdcəyə təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, əlavə dəyişikliklərdə ölkədə ümumi daxili məhsul istehsalının həcmi 3,4 faizdən 7,7 faizədək artacaq. Büdcə kəsiri isə 7,6 faizdən 6,9 faizə endirilib.Yeni büdcə zərfində hökumətin borcu 54,6 faiz nəzərdə tutulub. Bundan başqa, hökumət vergiləri 1 milyard 114 milyon lari artırıb. Dövlət büdcəsindən isə təxminən 19,5 milyard lari xərclənəcək.Bununla yanaşı, pandemiya ilə əlaqədar olaraq səhiyyə xərclərinə 446 milyon lari əlavə edilir. Hazırda bu rəqəm 846 milyon lari təşkil edir.xeber100.com

İyul 23, 2021 10:49

Rusiya Prezidenti Vladimir Putinin Qurban bayramı münasibətilə təbriki

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.Azərtac xəbər verir ki, Rusiya Prezidenti millətlərarası razılığın, mədəni rəngarəngliyin qorunub saxlanmasında İslam dəyərlərinin əhəmiyyətini qeyd edib. V.Putin vurğulayıb ki, kökünü əsrlərdən götürən Qurban bayramı insanları xeyirxahlığa, ədalətə, imana çağırır.Prezident qeyd edib ki, bütün dünya dinlərinin təməlini təşkil edən bu yüksək humanist, mənəvi ideallar Rusiya cəmiyyətinin birləşməsinə xidmət edir.xeber100.com

İyul 20, 2021 1:15

İtaliya hökuməti Avropa Komissiyası ilə razılığa gəlib

İtaliya hökuməti illərdən bəri dövlət subsidiyaları hesabına ayaqda dura bilən “Alitalia” aviaşirkətinin yerini tutacaq yeni aviaşirkətlə bağlı Avropa Komissiyası ilə razılığa gəlib.Azərtac xəbər verir ki, “Italia Trasporto Aereo“ (ITA) adlanan yeni şirkət oktyabrın 15-də fəaliyyətə tam hazır vəziyyətdə olacaq və ilk uçuşlar da həmin ərəfədə baş tutacaq. Qeyd edilib ki, Avropa Komissiyası ilə əldə edilən əməli və balanslaşdırılmış razılaşma yeni şirkətin nizamnamə kapitalının artırılmasına da imkan verəcək.İtaliya mətbuatının məlumatına əsasən, rəsmi Brüssel və Roma arasında gedən danışıqlarda əsas mövzu yeni aviaşirkətin “Alitalia”dan tamamilə müstəqil olması olub. Əks halda “ITA” “Alitalia”nın indiyədək dövlətdən aldığı maliyyə vəsaitlərinə görə üzərinə öhdəlik götürməli olacaqdı. Bu da yeni yaranan şirkətin ilk gündən ağır maliyyə yükü altına girməsi demək olardı.İtaliyanın nəqliyyat naziri Enriko Cionannini bildirib ki, “ITA” ilə həm milli, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətinə və yüksək inkişaf perspektivinə malik yeni mühüm İtaliya aviaşirkəti yaranıb.xeber100.com

İyul 16, 2021 10:57

Türkiyə Böyük Millət Məclisində anım mərasimi keçirilib

Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 İyul-Demokratiya və Milli Birlik Günü ilə əlaqədar şəhidləri anım mərasimi keçirilib.Azərtac xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və TBMM-nin sədri Mustafa Şəntop çıxış ediblər.Çıxışlarda 2016-ci il iyulun 15-dən 16-na keçən gecə ölkədə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək üçün törədilən hərbi çevriliş cəhdinin səbəb və məqsədlərindən, bu xain cinayətin qarşısını almaq üçün Türkiyə xalqının göstərdiyi qəhrəmanlıqdan və şücaətdən danışılıb. Şəhid və qazilərin ünvanına xoş ifadələr səsləndirilib.Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi, deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət heyət təmsil edib.xeber100.com

İyul 15, 2021 3:10

Moldovada keçirilən növbədənkənar parlament seçkilərində

Moldovada keçirilən növbədənkənar parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik” partiyası qalib olub.Azərtac xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçki bülletenlərinin 97,21 faizi hesablanıb. Hesablamaya görə “Fəaliyyət və Həmrəylik” partiyası seçicilərin 49,76 faiz səsini toplayıb. Moldovanın sabiq prezidenti İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyası isə 29,38 faiz səslə ikinci yerdədir. İş adamı yəhudi əsilli İlan Şorun rəhbəri olduğu partiya 6,18, digər tanınmış iş adamı, həm də Rusiya vətəndaşı Renato Usatıyın partiyası isə 4,25 faiz səs toplayıb.Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edib. Moldova parlamenti buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.xeber100.com

İyul 12, 2021 2:26

Xorvatiyada ən yüksək təhlükə – qırmızı təhlükə kodu elan edilib

Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə - qırmızı təhlükə kodu elan edilib.Azərtac xəbər verir ki, Zaqreb, Osijecko-Baranja və Karlovatska bölgələrində havanın temperaturu gün ərzində müsbət 40 dərəcəyə qədər yüksəlib. Zaqrebin bir sıra bölgələrində 39 dərəcə isti qeydə alınıb.Meteoroloqların proqnozlarına görə, istilərin bir neçə gündən sonra geri çəkiləcəyi ehtimalı var. Bununla belə, vətəndaşlara xüsusilə yaşlılara ehtiyac olmadıqda evlərindən çıxmağı məsləhət görülmür.xeber100.com

İyul 11, 2021 2:26

Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib

İyulun 10-da Türkiyə vaxtı ilə saat 17:43-də (Bakı vaxtı ilə saat 18:43) İzmir vilayətinin Karaburun rayonunda Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yeraltı təkanın episentri 7.06 kilometr dərinlikdə qeydə alınıb.Ətraf vilayətlərdə də hiss edilən zəlzələnin nəticəsi barədə hələ ki, informasiya yoxdur.xeber100.com

İyul 10, 2021 10:27

South China Morning Post qəzeti yazır…

Çin hökuməti təhlükəsizlik məqsədilə 500 metrdən yüksək binaların tikintisini qadağan edib.Azərtac South China Morning Post qəzetinə istinadla xəbər verir ki, hökumət, həmçinin hündürlüyü 250 metrdən çox olan binaların tikilməsini məhdudlaşdırıb. Yüz metrdən hündür binaların inşasına isə yalnız o hallarda icazə verilir ki, həmin rayonlarda yanğının sürətlə söndürülməsi üçün bütün lazımi şərait olsun.Qəzetin məlumatına görə, dünyadakı super göydələnlərin yarısı Çində yerləşir.

İyul 9, 2021 10:27
    Page 10 of 281« First«...89101112...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az