23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib

Moskvada son 145 ilin ən güclü qarı yağıb. “Oliver” siklonunun təsiri nəticəsində sutka ərzində Moskva və Moskva vilayətinə aylıq normanın üçdə biri qədər yağıntı düşüb. Bu gecə qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb. Qarlı hava səbəbindən Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib. Hidrometeoroloqlar xəbərdarlıq edir ki, güclü qardan sonra Moskvanı Sibir şaxtaları gözləyir. Dekabrın 6-dan həftə sonunadək 15-20 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.xeber100.com

Dekabr 4, 2023 2:06

İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. TASS agentliyi bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Tobelo şəhərindən 89 kilometr qərbdə, ocağı isə 103 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.xeber100.com

Noyabr 22, 2023 2:22

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi miqrasiya ilə bağlı əlavə tədbirlər görməyi planlaşdırır

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi qanuni miqrasiya ilə bağlı əlavə tədbirlər görməyi planlaşdırır. “Financial Times” qəzeti xəbər verir ki, nazirliyin məlumatına görə, ixtisaslı işçilər əmək vizası ilə bağlı müraciət etmək üçün ildə azı 26,2 min funt-sterlinq (32,8 min dollar), sosial işçilər isə 20,9 min funt-sterlinq (26,2 min dollar) əməkhaqqı almalıdır. Buna baxmayaraq, hakim mühafizəkarlar partiyasından olan deputatlar qanuni mühacirlərə qarşı daha sərt tədbirlərin görülməsini istəyir. Qeyd edək ki, Böyük Britaniyada işçi çatışmazlığı krallığın 2020-ci ildə Avropa İttifaqını tərk etməsindən sonra daha da artıb.xeber100.com

Noyabr 22, 2023 2:19

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı “Etihad Airways” səhmlərini satır

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı “Etihad Airways” Serbiyanın “Air Serbia” aviaşirkətinin ortaq mülkiyyətindən çıxacaq və dövlət milli aviadaşıyıcıya tam sahiblik edəcək. Bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib. Nazir bildirib ki, Serbiya dövləti “Etihad Airways”in 18 faizlik səhmlərini tam şəkildə alacaq. Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısının ortaq sahiblikdən çıxması isə şirkətin qərarıdır. “Air Serbia” regionun ən böyük aviaşirkətidir. Biz iflasda olan bu şirkəti dörd qitəyə, çoxlu sayda ölkəyə uçuşlar həyata keçirən lider aviaşirkətə çevirdik. Dövlət “Air Serbia”nı daha da inkişaf etdirmək niyyətindədir. Bundan sonra da təyyarələrin alınması, yeni istiqamətlərə uçuşların həyata keçirilməsi davam etdiriləcək”, - deyə S.Mali bildirib. Qeyd edək ki, “Etihad Airways” 2013-cü ildə Serbiyanın keçmiş Yuqoslaviya dövründən zərərlə işləyən “JAT Airways” aviaşirkətinin səhmlərinin 49 faizini alaraq “Air Serbia”nın rebrendinqini həyata keçirib. 2021-ci ildə isə Serbiya dövləti aviaşirkətdəki payını 51 faizdən 82 faizə yüksəldib, “Etihad”ın payı 49 faizdən 18 faizə enib.xeber100.com

Noyabr 15, 2023 3:21

Xarici işlər nazirləri İsrail-Fələstin məsələsini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın indoneziyalı həmkarı Retno Marsudi ilə telefon danışığı olub. Türkiyənin diplomatik qaynaqlarının məlumatına görə, telefon danışığı qarşı tərəfin təklifi ilə həyata keçirilib. Danışıq zamanı İsrail-Fələstin qarşıdurmasında son vəziyyət barədə fikir mübadiləsi aparılıb. Bu münaqişənin həlli istiqamətində beynəlxalq platformada atılması mümkün olan birgə addımlar müzakirə edilib.xeber100.com

Noyabr 8, 2023 10:01

İranın cənubunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb

İranın cənubunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri 1,2 milyondan çox insanın yaşadığı Şiraz şəhərindən 46 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.xeber100.com

Oktyabr 20, 2023 2:57

Viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş noyabrın 10-da qüvvəyə minəcək

Qazaxıstan və Çin arasında viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş noyabrın 10-da qüvvəyə minəcək. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin “Paraqraf” informasiya sistemində dərc olunan məlumatında deyilir. XİN bildirir ki, Qazaxıstan ilə Çin hökumətləri arasında 2023-cü il mayın 17-də Sian şəhərində imzalanmış viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş cari il noyabrın 10-da qüvvəyə minəcək. Müvafiq saziş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı imzalanıb. Sənəd hər iki ölkə vətəndaşlarına dövlət sərhədini keçdiyi andan 30 təqvim günündən və 180 təqvim günü ərzində 90 gündən çox olmayaraq, vizasız səfər imkanı verir.xeber100.com

Oktyabr 20, 2023 2:54

Avropa İttifaqı “Kəmər və yol” təşəbbüsünün alternativini müzakirə edəcək

Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ proqramın hazırlanması üçün oktyabrın 25-26-da Brüsseldə “Global Gateway” forumu keçirəcək. Bloomberg agentliyi bu barədə Brüsseldəki mənbələrinə istinadla məlumat yayıb. Aİ üçün strateji sayılan regionlarda Çinlə rəqabətə yönələn forumda 20-yə yaxın dövlətin prezidentləri və Baş nazirləri iştirak edəcəklər. Artıq Banqladeş, Namibiya, Moldova və Seneqal liderləri tədbirdə iştiraklarını təsdiqləyiblər. Forumda, həmçinin “Orange” və “Telefonica” telekommunikasiya texnologiyası kompaniyaları, “Allianz” sığorta şirkəti, “Siemens” və “Alstom” maşınqayırma korporasiyaları, “Danone” qida sənayesi nümayəndəsi, həmçinin “Enel” energetika şirkəti kimi Avropa İttifaqının böyük kompaniyaları da təmsil olunacaq. Avropa İttifaqı tədbirdə Konqo və Zambiya ilə “kritik xammalın” tədarükü barədə müqavilələr imzalamağı planlaşdırır. Bu sənədlər Afrikada Konqo və Zambiyanı Anqolanın Atlantik okeanı sahilində yerləşən Lobito limanı ilə birləşdirəcək nəqliyyat dəhlizinin inkişafı üzrə Aİ-nin daha geniş proqramının bir hissəsi olacaq.xeber100.com

Oktyabr 19, 2023 3:50

Beynəlxalq Valyuta Fondu 2023 və 2024-cü il üçün artım proqnozlarını aşağı göstərib

Beynəlxalq Valyuta Fondu (BVF) Çin üçün 2023 və 2024-cü il üçün artım proqnozlarını aşağı göstərib. Xarici KİV-lər xəbər verir ki, BVF-nin iqtisadi hesabatında, dünyanın ən böyük iqtisadiyyatına malik Çini proqnozlarında 5,2 və 4,5 faiz olduğu halda, bu il 5 faiz, gələn il isə 4,2 faiz böyümə gözlənildiyi bildirilib. Hesabatda Çində istehsal sektorunun satınalma menecerləri indekslərinin aprel-avqust aylarında daralma zonasına daxil olması və daşınmaz əmlak sektorundakı şərtlərin daha da zəifləməsi səbəbindən bərpa sürətini itirdiyi bəyan olunub. Bundan başqa, hesabatda Çinin mənzil bazarında uzunmüddətli korreksiyanın yaxın perspektivdə daşınmaz əmlak istehsalçıları arasında daha çox maliyyə stresinə və aktivlərin keyfiyyətinin daha çox pisləşməsinə səbəb olacağı proqnozlaşdırılır.xeber100.com

Oktyabr 18, 2023 2:52

Prezidentin vəzifəsindən kənarlaşdırılması məsələsinin müzakirəsinə başlanılıb

Gürcüstan parlamentinin plenar iclasında prezidentin impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsinin müzakirəsinə başlanılıb. Müzakirələrdə Prezident Salome Zurabişvili də iştirak edir. Plenar iclasda suallar veriləcək və siyasi bəyanatlar səsləndiriləcək. Salome Zurabişvili parlamentin iclas zalına daxil olan zaman müxalifətdən yalnız bir neçə deputat ayağa qalxıb. Parlament çoxluğunun lideri İrakli Kobaxidze prezidentin impiçmenti məsələsi ilə bağlı danışıb. Bu gün müzakirələrdən sonra məsələ səsverməyə çıxarılacaq. Prezidentin impiçmenti üçün 100 səs lazımdır.xeber100.com

Oktyabr 18, 2023 2:50
    Page 3 of 299«12345...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az