02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu yeni hücumçu ilə müqavilə imzalayıb

“Neftçi” yeni hücumçu ilə anlaşıb. Bakı klubu “transfer pəncərəsi”nin son saatlarında ön xəttdəki boşluğu doldurub. “Ağ-qaralar” mərkəz hücumçusu mövqeyinə yeni oyunçu cəlb edib. Klubun gün ərzində transferi təqdim etməsi gözlənilir. Qeyd edək ki, “Neftçi” son olaraq rusiyalı yarımmüdafiəçi Reziuan Mirzovu transfer edib.xeber100.com

Sentyabr 6, 2023 10:52

Futzal üzrə FIFA referisi UEFA-dan yeni təyinat alıb

Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı UEFA-dan yeni təyinat alıb. Federasiyadan verilən məlumata görə, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununun birinci hakimi olacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcək. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.xeber100.com

Sentyabr 4, 2023 12:35

Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi oyun üçün heyəti bəlli olub. AFFA-nın rəsmi saytı xəbər verir ki, sentyabrın 12-də səfərdə baş tutacaq matç üçün yığmamıza 23 futbolçu çağırılıb. U-21-in heyəti: Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli (hamısı “Neftçi”), Rüstəm Samiqullin, Seymur Məmmədov, Camal Cəfərov, Elçin Qasımov (hamısı “Sabah”), Rüfət Əhmədov (“Kəpəz”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Süleyman Damadayev, Samir Məhərrəmli (hər ikisi “Şamaxı”), Ayxan Süleymanlı (“Sumqayıt”), Nazim Həsənzadə (“Zirə”), Veysəl Rzayev (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”), Mehrac Baxşalı (“Qəbələ”), Eldar Tağızadə (“CD Luqo”, İspaniya), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Ramin Nəsirli (“Dauqavpils”, Latviya), Murad Vəliyev (“Levadiya”, Estoniya), Mustafa Yıldırım (“İğdırspor”, Türkiyə). Qeyd edək ki, Stara-Pazovada keçiriləcək Serbiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.xeber100.com

Sentyabr 4, 2023 12:33

“Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisinin rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın üzvləri 3 günlük istirahətə buraxılıb. Klubun rəsmi saytı xəbər verir ki, komanda sentyabrın 7-də bir araya gələcək və həmin gün Qəbələyə yollanacaq. Naxçıvan təmsilçisi məşqlərini ayın 11-dək şimal bölgəsində davam etdirəcək. Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək. Qeyd edək ki, Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.xeber100.com

Sentyabr 4, 2023 12:29

Peşəkar Futbol Liqası: “Qarabağ” futbol klubu “Səbail”ə 1:2 hesabı ilə uduzub

“Qarabağ” 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanaraq son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb. Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda “Səbail”ə 1:2 hesabı ilə uduzub. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb. “Qarabağ” sonuncu dəfə 2011/2012-ci illər mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub. Qeyd edək ki, “Qarabağ”ın daha zəif startı isə sonuncu dəfə 2007/2008-ci illər mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.xeber100.com

Sentyabr 4, 2023 12:26

“Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışına start verilib

Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışına start verilib. Kür çayının iki sahili arasında keçirilən yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı şəxslər iştirak edirlər. İkinci dəfə baş tutan yarışda peşəkarlar və həvəskarlar 300 metr məsafəni qət etməlidirlər. Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğası”), ardınca isə Kür çayında (“Kürü keçək”) gerçəkləşib. Yarış su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilir.xeber100.com

Sentyabr 2, 2023 1:23

“Neftçi” komandası paraqvaylı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb

“Neftçi” növbəti transferini həyata keçirib. Klubdan verilən məlumata görə, paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdes Samudio ilə 1+1 il şərtli müqavilə imzalanıb. 30 yaşlı futbolçu yeni komandasının heyətində 6 nömrəli formanı geyinəcək. Dieqo Valdes Paraqvayın “San Lorenso” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib. Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.xeber100.com

Avqust 28, 2023 5:56

“Sabah” futbol klubu daha bir basketbolçunun transferini rəsmiləşdirib

FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirən “Sabah” daha bir basketbolçunun transferini rəsmiləşdirib. Klubdan verilən məlumata görə, ABŞ-dan olan basketbolçu Entoni Uilsonla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, 204 sm boya malik Uilson NCAA-də (kollec liqası) iştirak edən “George Mayson Patriots” klubunun tarixinə bütün dövrlər üzrə ən çox blok (212) edən oyunçu kimi düşüb. 25 yaşlı basketbolçu son mövsümü Afrika Liqasında iştirak edən Nigeriyanın “Kvara Falkons” klubunda keçirib.xeber100.com

Avqust 28, 2023 5:53

PSJ klubu “Ayntraxt”ın hücumçusunun transferini başa çatdırmaq istəyir

PSJ yaxın günlərdə "Ayntraxt"ın hücumçusu Randal Kolo-Mouaninin transferini başa çatdırmaq istəyir. Tərəflər transferi çərşənbə axşamına qədər təşkil etməyi planlaşdırır. PSJ bonuslar istisna olmaqla, 80 milyon avrodan az məbləğdə razılığa gəlməyə ümid edir. “Ayntraxt” 24 yaşlı fransalı üçün parislilərdən 100 milyon avro tələb edir və dəyəri azaltmağı planlaşdırmır. Kolo-Muani ötən yaydan “Ayntraxt”da çıxış edir. Bu mövsüm, o, komandanın heyətində Bundesliqa və Almaniya kubokunda iki matçda iki qol vurub.xeber100.com

Avqust 28, 2023 5:51

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Liverpul” “Nyukasl” üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun nəticələrinə əsasən, “Liverpul” 7 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb, “Nyukasl” isə 3 xalla 13-cü yeri tutub.xeber100.com

Avqust 28, 2023 5:48
    Page 10 of 830« First«...89101112...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az