07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Voleybol Federasiyasının məlumatına görə…

Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, 21-25 noyabrda baş tutacaq yarışda 6 ölkənin yığması mübarizə aparacaq. Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə üz-üzə gələcək. AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.xeber100.com

Sentyabr 20, 2023 2:45

UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda daha iki oyun keçirilib

UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda daha iki oyun keçirilib. "Qalatasaray" Türkiyədə Danimarka təmsilçisi "Kopenhagen"i qəbul edib. A qrupundakı qarşılaşma 2:2 hesabı ilə bitib. C qrupundakı digər matçda "Real" İspaniyada Almaniyanın "Union” (Berlin) klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.xeber100.com

Sentyabr 20, 2023 2:43

Azərbaycan Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb

Azərbaycan Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, üç gün ərzində keçirilən 5 oyunu ümumilikdə 10950 tamaşaçı izləyib. Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib. Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4500, “Turan Tovuz” – “Qəbələ” görüşünü 4000 nəfər izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) oyunlarında ümumilikdə 2450 tamaşaçı olub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşmasında 4300 seyrçi olub. Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.xeber100.com

Sentyabr 18, 2023 2:01

Futzal üzrə 2023/2024 mövsümünün püşkü atılıb

Futzal üzrə Yüksək və Birinci liqalarda 2023/2024 mövsümünün püşkü atılıb. Tədbir Bakı İdman Sarayında keçirilib. 6 komandanın iştirak edəcəyi Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Mövsümə sentyabrın 26-da start veriləcək. Komandalar 7 legioner sifariş edə biləcəklər. Birinci Liqada isə 12 komanda mübarizə aparacaq. Çempionat 2 dövrədən və 22 turdan ibarət olacaq. Birinci turun matçları oktyabrın 1-də keçiriləcək. Yüksək Liqa I tur 26 sentyabr “Neftçi” İK – “Baku Fire” “Araz – Naxçıvan” – “Yasamal Bakı” “Record club” – U-19 Birinci Liqa I tur 1 oktyabr “Bakı” MFK – “Xan Lənkəran” “STAR kargo” – “Trabzon Azərbaycan” “Metropoliten” – “Şuşa” “Dalğa” – “Dəstə Ordubad” “Baku Fire-2” – “Ulduz” PFL - “Timsport”.xeber100.com

Sentyabr 18, 2023 1:59

Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyun keçiriləcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. Yığmamız səfərdə Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərindəki İdman Mərkəzində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erkan Özdamara Serkan Olquncan və Murat Tuğberk Curbay kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zorbay Küçük yerinə yetirəcək.xeber100.com

Sentyabr 12, 2023 1:16

Güləş yığmalarının dünya çempionatı üçün heyətləri müəyyənləşib

Azərbaycanın güləş yığmalarının Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyətləri məlum olub. Baş məşqçilər ümumilikdə 26 idmançıya dəvət göndəriblər. Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir. Yığmanın baş məşqçisi sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişviliyə (125 kq) şans verib. Heyətdə yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq) yer alıb. Qadın güləşçilərimizi isə Belqradda Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) təmsil edəcək. Xatırladaq ki, sentyabrın 16-da başlayacaq dünya çempionatı ayın 24-də yekunlaşacaq.xeber100.com

Sentyabr 12, 2023 1:14

“Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. Klubdan verilən məlumata görə, ölkəsinin aşağı yaş qruplarında oynamış 29 yaşlı Katarina Pilepiç ilə 1 illik müqavilə imzalanıb. 183 santimetr boya malik voleybolçu Azərbaycandan əvvəl bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub və 2013-cü ilə qədər bu komandanın şərəfini qoruyub. O, ABŞ-da “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin də (2015-2016) formalarını geyinib. Katarina 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub. Kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var. Qeyd edək ki, Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.xeber100.com

Sentyabr 12, 2023 11:54

Milli komandalar arasında baş tutan yoldaşlıq görüşü başa çatıb

Almaniya və Yaponiyanın futbol milli komandaları arasında baş tutan yoldaşlıq görüşü birincinin böyükhesablı məğlubiyyəti ilə başa çatıb. Matç Almaniyanın Volfsburq şəhərindəki "Folksvagen Arena"da baş tutub. Asiyalılar artıq 11-ci dəqiqədə Dzüni İtonun sayəsində hesabı açıblar. 8 dəqiqə sonra Leroy Zane status-kvonu bərpa etsə də, bu almaniyalıların oyunda sonuncu qolu olub. Cəmi üç dəqiqə sonra qonaqlar fərqlənə biliblər: Ayase Ueda fərqlənə bilib. Matçın sonunda dördqat dünya çempionları qapılarından daha iki top buraxıblar. Takuma Asano və Ao Tanaka hərəyə bir qol vurublar. Beləliklə, yoldaşlıq görüşü Yaponiyanın səfərdə Almaniya yığması üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, sözügedən yığmalar arasında sonuncu görüş 2022-ci ildə Qətərdəki dünya çempionatında olub. Həmin matçda da Uzaq Şərq təmsilçisi üstün olub - 2:1.xeber100.com

Sentyabr 10, 2023 11:08

AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib

Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Üç qrupda baş tutan 7 görüşlə V tura yekun vurulub. F qrupunda qərarlaşan Azərbaycan millisi Belçikaya 0:1 hesabı ilə məğlub olub. İsveç səfərdə Estoniyanın qapısından 5 cavabsız top keçirib. C qrupunun lideri İngiltərə ilk dəfə xal itkisinə məruz qalıb. “Dumanlı Albion” təmsilçisi səfərdə ən yaxın izləyicisi Ukrayna ilə heç-heçə edib. İtaliya isə Şimali Makedoniyada yerli komanda ilə xalları yarı bölüb. İ qrupunun hər üç görüşü “sülh”lə yekunlaşıb. AVRO-2024-ün seçmə mərhələsi V tur 9 sentyabr C qrupu Ukrayna – İngiltərə - 1:1 Şimali Makedoniya – İtaliya – 1:1 Xal durumu: İngiltərə - 13 xal (5 oyun), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4). F qrupu 17:00. Azərbaycan – Belçika – 0:1 20:00. Estoniya – İsveç – 0:5 Xal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4). İ qrupu 20:00. Andorra – Belarus – 0:0 22:45. Rumıniya – İsrail – 1:1 22:45. Kosovo – İsveçrə - 2:2 Xal durumu: İsveçrə - 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5).xeber100.com

Sentyabr 10, 2023 11:05

ABŞ millisi yoldaşlıq görüşündə Özbəkistan yığmasına qalib gəlib

Futbol üzrə ABŞ millisi yoldaşlıq görüşündə Özbəkistan yığmasını darmadağın edib. Matç ABŞ-nin Sent-Luis şəhərinin “Sitipark” stadionunda baş tutub. Oyunda hesab erkən açılıb. 4-cü dəqiqədə Timoti Vea amerikalıları hesabda irəli çıxarıb. Matçda növbəti qollar ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə vurulub: Rikardo Pepi və Kristian Pulişiç hesab arasındakı fərqi darmadağın həddinə çatdırıblar. Beləliklə, yoldaşlıq görüşü ABŞ millisinin Özbəkistan yığması üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb. Özbəkistan Meksikaya qarşı oynamaq üçün ABŞ-də qalacaq. Komandaların görüşü sentyabrın 12-dən 13-nə keçən gecə Corciya ştatının Atlanta şəhərində baş tutacaq.

Sentyabr 10, 2023 11:02
    Page 9 of 831« First«...7891011...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az