7-ci beynəlxalq superturnirə bu gün yekun vurulacaq

Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirə bu gün yekun vurulacaq.Turnirin altıncı günündə blits yarışlarının səkkizinci turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Rauf Məmmədov sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır. Rusiya idmançısı Sergey Karyakin isə macarıstanlı Riçard Rapport ilə üz-üzə gəlir.Rapid turnirinin və blits yarışlarının 7 turunun yekunlarına görə, R.Rapport 20,5 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Ş.Məmmədyarov 19 xalla ikinci, F.Karuana 18,5 xalla üçüncü, S.Karyakin isə 18 xalla dördüncü pillədə yer alıblar. D.Navara 12 xalla beşinci, R.Məmmədov 10,5 xalla altıncı, V.Əsədli 8 xalla yeddinci, V.Anand isə 5,5 xalla sonuncu - səkkizinci yerdə qərarlaşıblar.Rapid və blits yarışlarının yekununda ən çox xal qazanan şahmatçı memorialın qalibi olacaq.Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunur.Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorial”ına dekabrın 23-də yekun vurulacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir.Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.xeber100.com

Dekabr 23, 2021 2:58

İngiltərə Premyer Liqasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib

Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.“Tottehem” öz meydanında “Liverpul” komandasını qəbul edib.Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.London təmsilçilərinin heyətində Hari Keyn, Son Xın-Min, “Liverpul”un isə Dieqo Jota və Endrü Robertson fərqləniblər. E.Robertson qol vurduqdan yeddi dəqiqə sonra qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Bu nəticədən sonra xal etiyatını 41-ə çatdıran “Liverpul” ikinci, “Tottenhem” isə 26 xalla yeddinci yerdə qərarlaşıb.“Mançester Siti” səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olub. Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4. Pep Qvardiolanın yetirmələrinin heyətində Ruben Dias, Joao Kanselo, Riyad Mahrez və Rahim Sterlinq fərqləniblər.Günün digər görüşü ötən tur liderliyini əldən verən “Çelsi” və “Volverhemton” komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada hesab açılmayıb. London təmsilçisi ardıcıl iki turdur ki, qələbə qazana bilmir.Gecənin ən maraqlı görüşü “Tottenhem” və “Liverpul” komandaları arasında baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə 20:30-da start götürəcək.Qeyd edək ki, İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb."Sautgempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç" və "Everton" - "Lester" görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.Xatırladaq ki, daha əvvəl "Börnli" - "Uotford", "Tottenhem" - "Lester Siti" və "Mançester Yunayted" - "Brayton" matçları eyni səbəbə görə təxirə düşüb.xeber100.com

Dekabr 20, 2021 1:05