07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA 2021-ci il üçün son reytinq cədvəlini açıqlayıb

UEFA futzal üzrə milli komandaların 2021-ci il üçün son reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, hesabında 2015 xal olan Azərbaycan millisi yeddinci pillədə qərarlaşıb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ötən illə müqayisədə bir pillə geriləyib.Siyahıya 2493 xalla İspaniya millisi başçılıq edir. Rusiya 2464 xalla ikinci, Portuqaliya isə 2450 xalla üçüncü sırada yer alıblar.xeber100.com

Dekabr 29, 2021 12:30

Fransa Futbol Federasiyası final mərhələsinin oyunu barədə qərarını açıqlayıb

Fransa Futbol Federasiyasının İntizam Komitəsi “Paris” və “Olimpik” (Lion) komandaları arasında yarımçıq dayandırılmış ölkə kuboku yarışının 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.Hər iki komanda texniki məğlubiyyət alaraq, kubok yarışından kənarlaşdırılıb. Bu səbəbdən “Nitsa” birbaşa 1/8 finala vəsiqə qazanıb.Xatırladaq ki, “Paris” – “Olimpik” matçı azarkeşlər arasında kütləvi dava səbəbindən yarımçıq dayandırılmışdı. Baş verənlərlə əlaqədar Lion təmsilçisi 52 min avro cərimələnib, azarkeşlərin cari mövsümün sonunadək komandanın səfər oyunlarında iştirakına qadağa qoyulub. “Paris” klubu isə 10 min avro cərimələnib. Aşağı liqa təmsilçisi qarşıdakı 5 ev oyununu doğma “Şarleti” stadionunda keçirə bilməyəcək.xeber100.com

Dekabr 28, 2021 12:36

Türkiyədə cüdo üzrə beynəlxalq turnir keçirilib

Türkiyədə “Yunus Emre”nin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir keçirilib.“Təhsil” Respublika İdman Mərkəzinin idmançıları beynəlxalq turnirdə yüksək nailiyyət əldə ediblər. Belə ki, turnirdə iştirak edən təmsilçilərimiz Ayxan Ələkbərov (50 kq), Əli Əhmədov (60 kq), Ələkbər Zeynallı (55 kq), Mehman Əsgərov (46 kq), Murad Novruzov (+55 kq), Nazim Kamilov (42 kq), Fərid İbişli (34 kq), Ağabala Bağırov (73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.Əhməd Əhmədov (66 kq), Anar Quliyev (42 kq), Vaqif Əsgərov (46 kq) ikinci, Hüseyn Quliyev (55 kq), Vasif Səfərov (50 kq), Şahin Zeynalov (60 kq), Əli Hümbətov (55 kq) və Fərid Seyidov (34 kq) üçüncü yeri tutublar.Turnirdə 4 ölkədən 470 idmançı iştirak edib.xeber100.com

Dekabr 28, 2021 12:34

Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsi başa çatıb

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ilk hissəsi başa çatıb. “Qəbələ” mövsümün arxada qalan ilk iki dövrəsində 14 matça çıxıb.Azərtac xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. Altı oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Urfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur. Onlardan ikisi – İ.Alimi və N.Mehbalıyev bu görüşləri əvəzolunmadan keçirib. Bu cütlük 1260 dəqiqə meydanda olub. On doqquz futbolçudan 13-ü matçların yarıdan çoxunda - ən azı 8 qarşılaşmada iştirak edib.Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ü.İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.İ.Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. İ.Alimi qollarından ikisini penaltidən vurub. Rövlan Muradov və Yaovi Akakponun hərəsinin 2 qolu var. Altı oyunçu hərəyə 1 dəfə fərqlənib.xeber100.com  

Dekabr 27, 2021 3:07

İtaliya hökuməti Formula 1 yarışları üçün xüsusi büdcə ayıracaq

İtaliya hökuməti Formula 1-in İmola və Monza yarışları üçün xüsusi büdcə ayıracaq.Azərtac xəbər verir ki, İtaliya parlamentinin yuxarı palatası ölkənin 2022-ci il büdcəsi ilə bağlı qanunu təsdiqləyib və qanunda Formula 1 ilə bağlı maddələr də öz əksini tapıb. Belə ki, İmola və Monzada keçiriləcək iki Qran-Prinin maliyyələşdirilməsi üçün İtaliya Avtomobil Klubuna (ACI) 2025-ci ilə qədər illik 10 milyon avro ayrılacaq. 2022-ci ildə Monzadakı yarışa əlavə 5 milyon avro, 2023-cü ildə başa çatdırılması planlaşdırılan genişmiqyaslı yenidənqurma üçün isə daha 15 milyon avro ayrılacaq.Beləliklə, həm İmola, həm də Monza qarşıdakı illərdə Formula 1 təqvimində qalacaq.Qeyd edək ki, Monza ilk gündən Formula 1-ə ev sahibliyi edir. Lakin vaxtaşırı maliyyə problemləri yaransa da, bu yarış heç vaxt siyahıdan çıxarılmayıb. Keçən il pandemiya sayəsində İmola da təqvimə qayıdıb. Bu iki tras gələn il ardıcıl üçüncü dəfə F1-ə ev sahibliyi edəcək.2022-ci ildə, həmçinin Monza trasının 100 illiyi qeyd olunacaq.xeber100.com

Dekabr 27, 2021 3:05

“Real Madrid” klubunun rəhbərliyi heyətlə bağlı qərarını verib

İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi növbəti il üçün heyətlə bağlı qərarını verib.Xarici KİV xəbər verir ki, Qaret Beyl və İsko ilə yollarını ayırmaq qərarına gələn klub rəhbərliyi Eden Hazar, Mariano Dias və Luka Yoviçlə danışıqlar aparmaq niyyətindədir.Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.Məlumatda qeyd olunub ki, “Real Madrid”in yanvarda açılacaq transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək imkanı yoxdur. Bu səbəbdən klub yeni oyunçu almağı 2022-ci ilin yayına planlaşdırır.xeber100.com

Dekabr 27, 2021 3:03

Varşavada blits və rapid üzrə dünya çempionatı start götürəcək

Dekabrın 26-da Varşavada blits və rapid üzrə dünya çempionatı start götürəcək.Kişilər arasında Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə təmsil edəcəklər.Qadınların turnirində isə Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovalar, Xanım Balacayeva və Gövhər Beydullayeva güclərini sınayacaqlar.Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.Qeyd edək ki, son dünya çempionatında - 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.xeber100.com

Dekabr 26, 2021 11:29

İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalı başa çatıb

İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalı başa çatıb.Turnirdə ən yaxşı nəticəni Eltac Səfərli göstərib. Belə ki, festivalın güclü A turnirində mübarizə aparan şahmatçımız 10 turda 7,5 xal toplayaraq 7-ci pillədə qərarlaşıb. Azərbaycan şahmatçılarından Aydın Süleymanlı 7 xalla 19-cu, Məhəmməd Muradlı 6,5 xalla 26-cı olub.İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edib ki, onlardan da 55-i qrossmeysterlər olub.xeber100.com

Dekabr 24, 2021 3:05

“Milan” futbol klubu məşqlərini onlayn keçirəcək

İtaliyanın “Milan” klubu koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.Bunu klubun baş məşqçisi Stefano Pioli “Sky Sport Italia”ya açıqlamasında bildirib.O, futbolçuların “Zoom” onlayn platformasında məşqlərə qatılacaqlarını və dekabrın 30-da yenidən bir araya gələcəklərini söyləyib.Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. “Milan” A Seriyasındakı növbəti matçını yanvarın 6-da “Roma”ya qarşı keçirəcək.xeber100.com

Dekabr 24, 2021 3:03

Türkiyə çempionatının XVIII turu çərçivəsində keçirilən qarşılaşmada

Dekabrın 22-də futbol üzrə Türkiyə çempionatının XVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fatih Karagümrük" doğma meydanda “Fənərbağça”nı qəbul edib.Gərgin keçən görüşdə hesabı 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandar Pesic açıb. Matçın 39-cu dəqiqəsində “Fatih Karagümrük”ün iki futbolçusu cərimə meydançasında etdiyi kobudluğa görə meydandan qovulublar. “Fənərbağca”nın yarımmüdafiəçisi Mesut Özül onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.Oyun elə bu hesabla bitib - 1:1.Günün digər matçlarında “Qaziantep” öz meydanında “Alanyaspor”u 2:1 hesabı ilə üstələyib. “Konyaspor” səfərdə “Hatayspor”u 3:1 hesabı ilə məğlub edib. “Sivasspor”-“Rizəspor”a görüşündə isə qalib müəyyənləşməyib - 1:1.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 45 xalla “Trabzonspor” başçılıq edir. Ondan 9 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan dörd xal geri qalan “Başakşəhər” isə üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com

Dekabr 23, 2021 3:03
    Page 135 of 831« First«...102030...133134135136137...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az