Futbol üzrə Braziliya çempionatının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, çempionatın 32-ci turunda “Baiya” klubunu 3:2 hesabı ilə məğlub edən “Atletiko Mineyro" vaxtından əvvəl qızıl medalları təmin edib. Bu nəticədən sonra xallarını 81-ə çatdıran komanda ikinci pillədəki “Flamenqo” üçün əlçatmaz olub.Qeyd edək ki, bu, “Atletiko Mineyro”nun tarixində ikinci çempionluğudur. Komanda ilk dəfə 1971-ci ildə çempionluq sevinci yaşayıb.xeber100.com