UEFA Konfrans Liqasında VI turun oyunları keçiriləcək

Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçiriləcək.“Qarabağ”ın yer aldığı H qrupunda əsas mübarizə liderlik uğrunda gedəcək. İsveçrədə “Bazel”in qonağı olacaq Ağdam klubu səkkizdəbir finala adlamaq üçün mütləq qalib gəlməlidir.C qrupunda yer alan “Roma” klubu səfərdə Bolqrıstanın “MOİK-Sofiya” komandası ilə üz-üzə gələcək. Qrup lideri – Norveçin “Budyo Qlimt” klubu isə Ukraynada “Zarya Luqansk” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Norveçlilər xal itirəcəkləri halda və “Roma” qələbə qazanarsa italyalılar qrup mərhələsini lider kimi başa vuracaqlar.G qrupunda İngiltərənin “Tottenhem” və Fransanın “Renn” klubları arasında keçirilməli olan qarşılaşma London təmsilçisinin heyətində koronavirusa kütləvi yoluxma halları əlaqədar təxirə salınıb. UEFA bu görüşlə bağlı qərarını daha sonra açıqlayacaq.Günün bütün görüşləri aşağıdakılardır: A qrupu “LASK” (Avstriya) – “HİK” (Finlandiya); “Alaşkert” (Ermənistan) – “Makkabi” (Təl-Əviv, İsrail). Qrupdakı vəziyyət: LASK - 13, “Makkabi” - 10, HİK - 6, “Alaşkert” - 0. B qrupu “Gent” (Belçika) – “Flora” (Estoniya); “Partizan” (Serbiya) – “Anortosis” (Kipr). Qrupdakı vəziyyət: “Gent” - 10, “Partizan” - 7, “Flora” - 5, “Anortosis” - 5. C qrupu “MOİK-Sofiya” (Bolqarıstan) – “Roma” (İtaliya); “Zarya” (Luqansk, Ukrayna) – “Budyo Qlimt” (Norveç). Qrupdakı vəziyyət: “Budyo Qlimt” - 11, “Roma”- 10, “Zarya” - 6, “MOİK-Sofiya” - 1. D qrupu ÇFR (Kluj, Rumıniya) – “Yablonets” (Çexiya); “AZ Alkmar” (Niderland) – “Randers” (Danimarka). Qrupdakı vəziyyət: “AZ Alkmar” - 11, “Randers” - 7, “Yablonets” - 6, ÇFR - 1. E qrupu “Union Berlin” (Almaniya) – “Slaviya” (Praqa, Çexiya); “Feyenoord” (Niderland) – “Makkabi Hayfa” (İsrail). Qrupdakı vəziyyət: “Feyenoord” - 11, “Slaviya” - 7, “Union Berlin” - 6, “Makkabi Hayfa” - 4. F qrupu “Kopenhagen” (Danimarka) – “Slovan” (Bratislava, Slovakiya); PAOK (Yunanıstan) – “Linkoln” (Cəbəllütariq). Qrupdakı vəziyyət: “Kopenhagen” - 12, “Slovan” - 8, PAOK - 8, “Linkoln” - 0. G qrupu “Vitess” (Niderland) – “Mura” (Sloveniya). Qrupdakı vəziyyət: “Renn” - 11, “Tottenhem” - 7, “Vitess” - 7, “Mura” - 3. H qrupu “Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan); “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan). Qrupdakı vəziyyət: “Bazel” - 11, “Qarabağ” - 11, “Omoniya” - 3, “Kayrat” - 1.xeber100.com  

Dekabr 9, 2021 2:21

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

İstanbulda Avropa Cüdo Birliyinin (ACB) növbəti konqresi keçirilib.Azərbaycan Cüdo Federasiyasından (ACF) Azərtac-a bildiriblər ki, tədbirdə federasiyanı vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.Konqresdə ACB-nin prezidentinin, vitse-prezidentlərinin, baş katibinin, hakimlər üzrə direktorunun, həmçinin baş xəzinədarın hesabatları, o cümlədən 2020-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib.Qəbul edilmiş digər önəmli bir qərar isə ACB-nin hüquqi qeydiyyatının və mərkəzinin Maltadan Avstriyaya keçirilməsi olub.Konqres zamanı ACF nümayəndələri ACB-nin prezidenti Sergey Soloveyçik, təhsil üzrə vitse-prezident Ceyn Bric, marketinq üzrə vitse-prezident Otto Naytinqer, hakimlər üzrə direktor Aleksandr Yatskeviç ilə görüşüblər. Görüş zamanı ACB və ACF arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib və iş birliyinin genişləndirilməsi üçün atılacaq növbəti addımlar müəyyən edilib. Eyni zamanda, konqresdə iştirak edən müxtəlif ölkələrin (Türkiyə, Almaniya, Polşa, Ukrayna, Belarus, Avstriya, Fransa, Yunanıstan, Şimali Makedoniya, İsveçrə, Estoniya və s.) cüdo federasiyaları ilə ikitərəfli görüşlər keçirilib, federasiyalararası əməkdaşlıq potensialı müzakirə edilib.Konqresin sonunda keçirilən təntənəli mərasim zamanı Tokio Yay Olimpiya Oyunlarında medal qazanmış Avropa ölkələrinin federasiyaları, o cümlədən Azərbaycan Cüdo Federasiyası “ACB Olimpiya Mükafatı – Tokio-2020” ilə mükafatlandırılıb. Mükafat ACF-nin vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədliyə təqdim olunub.Eyni zamanda, ACB-nin eyniadlı mükafatı Tokio Olimpiadasında bürünc medal qazanmış xanım cüdoçumuz İrina Kindzerskaya da təqdim olunub və mükafatı onun adından ACF-nin baş katibi Rəşad Rəsullu qəbul edib.xeber100.com

Dekabr 6, 2021 1:32