07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış davam edir

Bakı klubları arasında 18 yaşadək cüdoçular arasında Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış davam edir.Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın son günündə yeniyetmə oğlanlar arasında 55, 73, qızlar arasında isə 36, 44, 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyən ediləcək.Kubok yarışına 39 komandanın heyətində 500-ə yaxın idmançı qatılıb.xeber100.com

Dekabr 12, 2021 1:30

“Eurotalents Development Camp U-13 IV” turniri keçiriləcək

DekDekabrın 12-19-da Rumıniyanın Buzau şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp U-13 IV" təlim-məşq toplanışı və turnir keçiriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu gün yığmanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi millinin üzvü Adil Əhmədzadə turnirdə iştirak etmək üçün Buzauya yola düşüb.Qeyd edək ki, A.Əhmədzadə bu layihənin əvvəlki mərhələlərində uğurla iştirak edib.abrın 12-19-da Rumıniyanın Buzau şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp U-13 IV" təlim-məşq toplanışı və turnir keçiriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu gün yığmanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi millinin üzvü Adil Əhmədzadə turnirdə iştirak etmək üçün Buzauya yola düşüb.Qeyd edək ki, A.Əhmədzadə bu layihənin əvvəlki mərhələlərində uğurla iştirak edib.xeber100.com

Dekabr 12, 2021 1:29

Boks üzrə beynəlxalq turnir start götürəcək

Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda ölkəmiz bir idmançı ilə təmsil olunacaq. Belə ki, millimizin üzvü Mirşərif Kazımzadə 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.Qeyd edək ki, yarışda püşkatma mərasimi dekabrın 14-də olacaq.xeber100.com

Dekabr 11, 2021 8:05

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 qapıçısı fərqləndirilib

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 qapıçısı fərqləndirilib.Onların arasında "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev də var.“Dörd əla qurtarış, hansını bəyəndiniz?” sualının ünvanlandığı postda 26 yaşlı oyunçu ilə yanaşı, Danimarkanın “Kopenhagen” klubundan Kamil Qrabara, Sloveniya “Mura”sından Marko Zalokar və Almaniyanın "Union Berlin" komandasından Frederik Rönnovun “seyv”ləri də yer alıb.Ş.Məhəmmədəliyevin VI turda İsveçrədə "Bazel"lə görüşdəki qurtarışı ön plana çıxarılıb.Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib.xeber100.com

Dekabr 11, 2021 8:03

Cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası start götürəcək

Bu gün Parisdə cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası start götürəcək.Yarışda Azərbaycan milli komandasının dörd cüdoçusu mübarizə aparacaq. Belə ki, Orxan Səfərov (66 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Yunanıstanın “Aris”, Rüstəm Orucov (73 kq) isə Serbiyanın “Red Star” klubunda çıxış edəcəklər.Turnirə, ümumilikdə 15 klub qatılacaq. Turnir bir gün davam edəcək.xeber100.com

Dekabr 11, 2021 8:02

Formula 2 üzrə dünya çempionatının qalibi müəyyənləşib

Formula 2 üzrə dünya çempionatının qalibi müəyyənləşib.“Prema Racing” komandasının pilotu Oskar Piastri çempion olub.İtaliya komandasının avstraliyalı sürücüsü Əbu-Dabi Qran-Prisinin ilk yarışını üçüncü pillədə bitirib və 2021-ci mövsümü üçün fərdi yarışda vaxtından əvvəl çempionluğu təmin edib.Piastri xallarının sayını 227,5-ə çatdırıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Onun komanda yoldaşı Robert Şvartsman 170 xalla ikincidir. Rusiyalı idmançı digər iki yarışda Piastriyə çatmaq şansını itirib.Qeyd edək ki, Oskar Piastri iyunun 6-da Azərbaycan Qran-Prisində ikinci olub.xeber100.com

Dekabr 11, 2021 8:00

UEFA Konfrans Liqasında qrup mərhələsinin oyunları keçirilib

Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.8 qrupda keçirilən 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulub.“Qarabağ”ın yer aldığı H qrupunda Kiprin “Omoniya” klubu öz meydanında Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisi “Qarabağ” da pley-offda mübarizəni davam etdirəcək.“Vitess” Niderlandda Sloveniya “Mura”sını darmadağın edib - 3:0. G qrupundakı “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) görüşü London təmsilçisində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb. Pley-offa vəsiqənin sahibi həmin matçın taleyindən sonra bəlli olacaq.xeber100.com

Dekabr 10, 2021 2:52

Futbol üzrə yarışın 2021-2022-ci il mövsümünə start veriləcək

Dekabrın 10-da futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünə start veriləcək.Kubok uğrunda yarış səkkizdəbir final mərhələsinin görüşləri ilə başlayacaq. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. “Səbail” birinci divizion təmsilçisi “Zaqatala”nın, “Qəbələ” isə MOİK-in qonağı olacaq. Matçlar müvafiq olaraq, saat 14:00-da və 17:00-da başlayacaq.Qeyd edək ki, səkkizdəbir finalın digər iki görüşü dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi “Keşlə” klubu “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Kəpəz”i qəbul edəcək. Bu mərhələ bir oyundan ibarət olacaq və qələbə qazanan komandalar dörddəbir finala yüksələcəklər.xeber100.com

Dekabr 10, 2021 2:50

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.Sonuncu yarış günündə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.Yarışda Turan Bayramov (74 kq), Hacımurad Ömərov (79 kq), Orxan Abasov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com

Dekabr 10, 2021 2:48

Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış start götürüb

Dekabrın 10-da 18 yaşadək cüdoçular arasında Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış start götürüb.Turnirin birinci günündə kişilər arasında 46, 60 və 81 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçiriləcək. Qadınların turnirində isə 48 və 63 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.Kubok yarışına 39 komandanın heyətində 500-dən çox idmançı qatılıb.xeber100.com

Dekabr 10, 2021 2:47
    Page 139 of 831« First«...102030...137138139140141...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az