05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq şahmat turniri başa çatıb

Türkiyənin Mersin şəhərində beynəlxalq şahmat turniri başa çatıb.Azərbaycan şahmatçılarından B kateqoriyalı turnirdə Xatun Bağırova 7,5 xalla dördüncü yeri tutub. İlyas Qarayev, Seyin Hüseyn yeddi xal qazanıblar. Şahmatçılarımızdan Misrətdin İsgəndərov isə A kateqoriyalı turnirdə 6,5 xalla beşinci yeri tutub. Babək Cəfərli 6 xal, Talıb Babayev 5,5 xal, Elvin Bayramov 5 xal əldə ediblər.İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olub.xeber100.com  

Noyabr 22, 2021 3:00

Şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq

Bu gün – noyabrın 21-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq.Doqquzuncu turda kişilərdən ibarət komandamız Fransa yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımız isə Niderland təmsilçiləri ilə üz-üzə gələcəklər.Qeyd edək ki, kişilərdən ibarət komandamız 12 xalla liderlər qrupunda mübarizə aparır. Qadın yığmamız isə 10 xalla 4-9-cu yerləri bölüşür.Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.xeber100.com

Noyabr 21, 2021 8:48

Karate üzrə dünya çempionatının son günündə

Dubayda keçirilən karate üzrə dünya çempionatının son günündə - noyabrın 21-də kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparacaq.Azərbaycan yığması Özbəkistan komandası ilə qarşılaşacaq.Qeyd edək ki, dünya çempionatında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.Qeyd edək ki, Azərbaycan çempionata 17 karateçi ilə qatılıb.xeber100.com

Noyabr 21, 2021 8:46

“Mançester Yunayted” klubu baş məşqçisi ilə yollarını ayırıb

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.Klubun rəsmi saytı xəbər verir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"in sükanı arxasına keçmişdi.xeber100.com

Noyabr 21, 2021 8:44

Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada

Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda “Fənərbağça”nı qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kərəm Aktürkoğlu açıb. Matçın 31-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Mesut Özül hesaba tarazlıq gətirib. Oyunun 90+5-ci dəqiqələrində "Fənərbağça"nın futbolçusu Mikel Krespo komandasının qələbə topunu vurub. Beləliklə, "Fənərbağça" səfərdə "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib.Günün digər matçlarında isə "Adana Dəmirspor" səfərdə "Altay"ı 3:1 hesabı ilə üstələyib. "Konyaspor" isə doğma meydanda "Rizəspor"un qapısından üç cavabsız top keçirib. "Fatih Karagümrük" isə səfər matçında "Kasımpaşa"ya 3:1 hesabı ilə qalib gəlib.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla "Trabzonspor" başçılıq edir. Ondan dörd xal geri qalan "Hatayspor" ikinci, onunla eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com

Noyabr 21, 2021 8:43

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib

Noyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XI turunun daha bir oyunu keçirilib."Neftçi" klubu "Bakcell Arena"da "Sabah" komandasını qəbul edib.Gərgin keçən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.Matçda hesabı 33-cü dəqiqədə flaqmanın hücumçusu Ramon Maçado açıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. Görüşün 53-cü dəqiqəsində qonaqlar Coy-Lens Mikelsin qolu ilə tarazlığı bərpa ediblər. Oyunun 69-cu dəqiqəsində növbəti dəfə fərqlənən almaniyalı yarımmüdafiəçi komandasına qələbə qazandırıb. Bu, "ağ-qaralar"ın ardıcıl üçüncü məğlubiyyəti olub.Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Sabah" klubu "Sumqayıt"la birlikdə 5 -ci və 6-cı yerləri bölüşdürür. On yeddi xalı olan "Neftçi" isə 4-cü pillədə qərarlaşıb.Matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum edib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması səbəb olub.Qeyd edək ki, XI turun ilk iki oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0, "Zirə" isə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də oynanılacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.xeber100.com

Noyabr 20, 2021 8:50

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib."Liverpul" klubu "Enfild" stadionunda "Arsenal" komandasını qəbul edib.Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:0.Mersisayd təmsilçisinin heyətində Sadio Mane (39), Dieqo Jota (52), Məhəmməd Salah (74) və Takumi Minomino (77) fərqləniblər.Bu qələbə sayəsində "Liverpul" xal ehtiyatını 25-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Arsenal" isə 20 xalla beşinci yerdədir.xeber100.com

Noyabr 20, 2021 8:48

UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turunda

Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turunda Kiprin “Omoniya” komandası ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar arena tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.Matç gec saatlarında başa çatacağı üçün “Qarabağ” klubunun “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.xeber100.com

Noyabr 19, 2021 1:44

“Atletiko Madrid” klubu daha bir ciddi itki ilə qarşılaşıb

İspanıyanın “Atletiko Madrid” klubu daha bir ciddi itki ilə qarşılaşıb.İspaniya mətbuatı xəbər verir ki, bu dəfə komandanın portuqaliyalı hücumçusu Joao Feliks zədələnib. Onun müəyyən müddət yarışlardan kənarda qalacağı bildirilib.Xatırladaq ki, “Atletiko Madrid”in müdafiəçisi Kiran Trippye zədələndiyi, hücumçu Antuan Qrizmann isə cəzalı olduğu üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda İtaliyanın "Milan" komandası ilə oyunda iştirak etməyəcəklər.“Atletiko Madrid” - "Milan" komandaları arasındakı oyun noyabrın 24-də keçiriləcək.xeber100.com

Noyabr 19, 2021 1:42

Dekabrın 17-də 7-ci beynəlxalq super turnir keçiriləcək

Dekabrın 17-də Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnir keçiriləcək.Azərbaycan Şahmat Federasiyasından Azərtac-a bildiriblər ki, 8 şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.Vüqar Həşimov memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.xeber100.com

Noyabr 19, 2021 1:39
    Page 143 of 830« First«...102030...141142143144145...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az