11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

İtaliya A Seriyasında 13-cü turun mərkəzi qarşılaşmasında

Noyabrın 21-də futbol üzrə İtaliya A Seriyasında 13-cü turun mərkəzi qarşılaşması keçirilib."İnter" klubu "San Siro" stadionunda turnir cədvəlinin lideri "Napoli" komandasını qəbul edib.Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı qonaqlar matçın 17-ci dəqiqəsində açıb. Piotr Ziyelisnki fərqlənib. Səkkiz dəqiqə sonra meydan sahibləri tarazlığı bərpa edib. Hakan Çalxanoğlu penalti zərbəsini dəqiq yerinə yetirib. Birinci hissənin sonlarında Türkiyə millisinin futbolçusu yenə diqqət mərkəzində olub. Belə ki, onun ötürməsindən sonra İvan Perişiç komandasını hesabda önə çıxardıb.Fasilədən sonra bərabərlik qolunu vurmaq üçün "Napoli" hücumların sayını artırıb. Buna baxmayaraq əks hücumlara bel bağlayan "İnter" üçüncü dəfə fərqlənməyə nail olub.Lautaro Martinez oyunda yekun nəticəni müəyyənləşdirib.Beləliklə, bu qələbədən sonra xal ehtiyatını 28-ə çatdıran Milan təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Napoli" isə məğlub olmasına baxmayaraq 32 xalla eyni xala malik "Milan"la birinci və ikinci yerləri bölüşürlər.xeber100.com

Noyabr 22, 2021 3:06

FIFA Dünya Kubokunun bir illik geri sayımı mərasimi keçirilib

Yaxın Şərqdə ilk dəfə Qətərdə keçiriləcək FIFA Dünya Kubokunun bir illik geri sayımı mərasimi keçirilib.Azərtac xəbər verir ki, Dohada keçirilən mərasimdə FIFA prezidenti Canni İnfantino iştirak edib. Dünya Kuboku bir ildən sonra keçiriləcək dünya çempionatının ilk matçının olacağı Al Bayt stadionuna gətirilib. Sonra geri sayım saatı işıqlandırılıb və dronlar vasitəsilə Doha səmasında “365” rəqəmləri yazılıb.FIFA prezidenti müraciətində bildirib ki, dünya çempionatının matçları Qətərin ən müasir səkkiz stadionunda oynanılacaq. O, çempionata hazırlıq işlərini yüksək qiymətləndirib.Qətər 2022-ci il dünya çempionatına hazırlığa 6,5 milyard dollar xərcləyib. Dohadakı innovativ Ras Əbu Abud və Lusail stadionları da Dünya Kuboku ərəfəsində istifadəyə veriləcək.xeber100.com

Noyabr 22, 2021 3:03

Beynəlxalq şahmat turniri başa çatıb

Türkiyənin Mersin şəhərində beynəlxalq şahmat turniri başa çatıb.Azərbaycan şahmatçılarından B kateqoriyalı turnirdə Xatun Bağırova 7,5 xalla dördüncü yeri tutub. İlyas Qarayev, Seyin Hüseyn yeddi xal qazanıblar. Şahmatçılarımızdan Misrətdin İsgəndərov isə A kateqoriyalı turnirdə 6,5 xalla beşinci yeri tutub. Babək Cəfərli 6 xal, Talıb Babayev 5,5 xal, Elvin Bayramov 5 xal əldə ediblər.İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olub.xeber100.com  

Noyabr 22, 2021 3:00

Şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq

Bu gün – noyabrın 21-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq.Doqquzuncu turda kişilərdən ibarət komandamız Fransa yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımız isə Niderland təmsilçiləri ilə üz-üzə gələcəklər.Qeyd edək ki, kişilərdən ibarət komandamız 12 xalla liderlər qrupunda mübarizə aparır. Qadın yığmamız isə 10 xalla 4-9-cu yerləri bölüşür.Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.xeber100.com

Noyabr 21, 2021 8:48

Karate üzrə dünya çempionatının son günündə

Dubayda keçirilən karate üzrə dünya çempionatının son günündə - noyabrın 21-də kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparacaq.Azərbaycan yığması Özbəkistan komandası ilə qarşılaşacaq.Qeyd edək ki, dünya çempionatında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.Qeyd edək ki, Azərbaycan çempionata 17 karateçi ilə qatılıb.xeber100.com

Noyabr 21, 2021 8:46

“Mançester Yunayted” klubu baş məşqçisi ilə yollarını ayırıb

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.Klubun rəsmi saytı xəbər verir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"in sükanı arxasına keçmişdi.xeber100.com

Noyabr 21, 2021 8:44

Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada

Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda “Fənərbağça”nı qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kərəm Aktürkoğlu açıb. Matçın 31-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Mesut Özül hesaba tarazlıq gətirib. Oyunun 90+5-ci dəqiqələrində "Fənərbağça"nın futbolçusu Mikel Krespo komandasının qələbə topunu vurub. Beləliklə, "Fənərbağça" səfərdə "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib.Günün digər matçlarında isə "Adana Dəmirspor" səfərdə "Altay"ı 3:1 hesabı ilə üstələyib. "Konyaspor" isə doğma meydanda "Rizəspor"un qapısından üç cavabsız top keçirib. "Fatih Karagümrük" isə səfər matçında "Kasımpaşa"ya 3:1 hesabı ilə qalib gəlib.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla "Trabzonspor" başçılıq edir. Ondan dörd xal geri qalan "Hatayspor" ikinci, onunla eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com

Noyabr 21, 2021 8:43

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib

Noyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XI turunun daha bir oyunu keçirilib."Neftçi" klubu "Bakcell Arena"da "Sabah" komandasını qəbul edib.Gərgin keçən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.Matçda hesabı 33-cü dəqiqədə flaqmanın hücumçusu Ramon Maçado açıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. Görüşün 53-cü dəqiqəsində qonaqlar Coy-Lens Mikelsin qolu ilə tarazlığı bərpa ediblər. Oyunun 69-cu dəqiqəsində növbəti dəfə fərqlənən almaniyalı yarımmüdafiəçi komandasına qələbə qazandırıb. Bu, "ağ-qaralar"ın ardıcıl üçüncü məğlubiyyəti olub.Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Sabah" klubu "Sumqayıt"la birlikdə 5 -ci və 6-cı yerləri bölüşdürür. On yeddi xalı olan "Neftçi" isə 4-cü pillədə qərarlaşıb.Matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum edib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması səbəb olub.Qeyd edək ki, XI turun ilk iki oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0, "Zirə" isə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də oynanılacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.xeber100.com

Noyabr 20, 2021 8:50

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib."Liverpul" klubu "Enfild" stadionunda "Arsenal" komandasını qəbul edib.Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:0.Mersisayd təmsilçisinin heyətində Sadio Mane (39), Dieqo Jota (52), Məhəmməd Salah (74) və Takumi Minomino (77) fərqləniblər.Bu qələbə sayəsində "Liverpul" xal ehtiyatını 25-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Arsenal" isə 20 xalla beşinci yerdədir.xeber100.com

Noyabr 20, 2021 8:48

UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turunda

Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turunda Kiprin “Omoniya” komandası ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar arena tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.Matç gec saatlarında başa çatacağı üçün “Qarabağ” klubunun “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.xeber100.com

Noyabr 19, 2021 1:44
    Page 144 of 831« First«...102030...142143144145146...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az