Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində

Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.Turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılıb. Turun ən maraqlı oyunu İngiltərədə olub. "Çelsi" doğma meydanda "Yuventus" klubunu qəbul edib. Gərgin keçən qarşılaşmada London təmsilçisi Turin komandasının qapısından dörd cavabsız top keçirib.Gün ərzində keçirilən turun digər oyunlarının hesabları aşağıda qeyd olunub: E qrupu "Dinamo Kiyev" (Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2; "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)- 0:0. Qrupdakı vəziyyət: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1. F qrupu "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2; "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3. Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4. G qrupu "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) - 1:0; "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0. Qrupdakı vəziyyət: "Lill" - 8, "Zaltsburq" - 7, "Lill" - 5, "Sevilya" - 6, "Volfsburq" - 5. H qrupu "Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1; "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0. Qrupdakı vəziyyət: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1. Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul”, “Ayaks", "Mançester Yunayted" və "Çelsi" klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.xeber100.com

Noyabr 24, 2021 11:27

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib

Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.Turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq. İlk oyunlar "Bavariya" - "Dinamo Kiyev" və "Villarreal" - "Mançester Yunayted" klubları arasında keçirilib.E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniyanın "Bavariya" klubu Ukraynada "Dinamo Kiyev"in qonağı olub. Oyunun 14-cü dəqiqəsində qonaqların hücumçusu Robert Levandovski möhtəşəm qol ilə hesabı açıb. Görüşün 42-ci dəqiqəsində Kinqsley Koman "Bavariya"nın ikinci topunu vurub. Oyunun 70-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Denis Harmaş vurulan qollardan birinin əvəzini çıxsa da "Dinamo Kiyev" məğlubiyyətdən xilas ola bilməyib - 1:2.İspaniyada keçirilən matçda isə "Mançester Yunayted" "Villarreal"ın qapısından iki cavabsız top keçirib. Mançester təmsilçisinin qollarını Kriştiano Ronaldo (78) və Jadon Sanço (90) vurub. E qrupu "Dinamo Kiyev" (Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2; "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya). Qrupdakı vəziyyət: "Bavariya" - 15, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1. F qrupu "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2; "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya). Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3. G qrupu "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya); "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya). Qrupdakı vəziyyət: "Zaltsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3. H qrupu "Malmö" (İsveç) - "Zenit" (Rusiya); "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya). Qrupdakı vəziyyət: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0. Digər görüşlər Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul” və “Ayaks" klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.xeber100.com

Noyabr 23, 2021 11:28