03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan-Portuqaliya oyununun birinci hissəsi başa çatıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan-Portuqaliya oyununun birinci hissəsi başa çatıb.Matçın birinci hissəsi Portuqaliya yığmasının 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İtaliyalı FIFA referisi Marko Quidanın idarə etdiyi oyunda Portuqaliya millisinin heyətində Bernardu Silva və Andre Silva fərqləniblər.Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.xeber100.com

Sentyabr 7, 2021 1:54

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sentyabrın 7-də növbəti oyununu keçirib.Millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Namik Ələskərov, Emin Mahmudov, Mahir Emreli, Abbas Hüseynov, Elvin Bədəlov, Təmkin Xəlilzadə və Filip Ozobiç yer alıblar.Portuqaliya seçməsinin heyətində isə meydana Ruy Patrisiu, Pepe, Ruben Diaş, Rafael Gerreyro, Joau Palinya, Joau Moutinyu, Andre Silva, Bernardu Silva, Brunu Fernandeş, Joau Kanselu və Dioqu Jota çıxıbıar.İtaliyalı FIFA referisi Marko Quidanı idarə etdiyi oyunda Portuqaliya yığması 3:0 hesablı qələbə qazanıb. Portuqaliya millisinin heyətində Bernardu Silva, Andre Silva və Diogo Jota fərqləniblər.Hesabında 13 xal olan Portuqaliya millisi qrupda birinci pillədə qərarlaşıb. Serbiya 10 xalla ikinci, Lüksemburq 6 xalla üçüncüdür. Hesabında 1 xal olan İrlandiya və Azərbaycan seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.Millimiz növbəti oyununu oktyabrın 9-da doğma meydanda İrlandiya komandasına qarşı keçirəcək.xeber100.com    

Sentyabr 7, 2021 1:52

Azərbaycan milli komandası növbəti oyununu keçirib

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.Səfərdə Avstriyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:6 hesabı ilə məğlub olub.Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.xeber100.com

Sentyabr 7, 2021 1:49

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.Millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxacaq. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxacaq. Qonaqlarda isə Kriştiano Ronaldo cəzalı olduğu üçün Bakıya gətirilməyib.Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.xeber100.com

Sentyabr 7, 2021 9:06

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Portuqaliya oyununu idarə edəcək hakimlər müəyyənləşib.Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Marko Guida olacaq. Ona Filippo Meli və Alessandro Kostanzo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək.Qarşılaşmanın VAR hakimi Marko Di Bello olacaq.Azərbaycan–Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

Sentyabr 6, 2021 3:21

Ümumdünya Şahmat Olimpiadasının qrup oyunları başa çatıb

İkinci onlayn Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunda qrup oyunları başa çatıb.Azərtac xəbər verir ki, İndoneziya, Latviya, İsrail, Sloveniya, Kolumbiya yığmaları öz qruplarında qalib adını qazanıblar. Hər qrupda ilk üçlükdə qərarlaşan komandalar birinci divizionda iştirak etmək hüququ qazanıblar.Qeyd edək ki, Azərbaycan milli komandası birinci diviziondan olimpiadaya qoşulacaq. Yığma komandamızın əsas heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar.Sentyabrın 8-10-da birinci divizionun oyunları keçiriləcək.xeber100.com

Sentyabr 6, 2021 3:20

Şahmat üzrə Avropa kuboku yarışları start götürəcək

Sentyabrın 18-də klublar arasında şahmat üzrə Avropa kuboku yarışları start götürəcək.Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa kubokunda Azərbaycan təmsilçisi “Vüqar Həşimov” klubu da daxil olmaqla, 39 kollektivin iştirakı dəqiqləşib. Komandamızın heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar.Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə yerli “Alkaloid” klubunun heyətində mübarizə aparacaq.Turnir sentyabrın 24-dək davam edəcək.xeber100.com

Sentyabr 6, 2021 3:16

“Səbail” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Bakı təmsilçisi son olaraq “Qəbələ”də çıxış edən Nikolas Raysellə anlaşıb.Fransalı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.Qeyd edək ki, 28 yaşlı forvard 2020/2021-ci il mövsümündə “Qəbələ”də oynayıb.xeber100.com

Sentyabr 6, 2021 3:15

Şahmatçılar arasında Avropa çempionatı başa çatıb

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatı başa çatıb.Azərbaycan şahmatçısı Rauf Məmmədov 7,5 xalla 6-cı yeri tutub. Onunla eyni xalı toplayan Nicat Məmmədov əlavə götəricilərə görə 17-ci pillədə qərarlaşıb. Digər şahmatçılarımızdan Nicat Abbasov 6,5 xalla 42-ci, Aydın Süleymanlı 6 xalla 67-ci, Read Səmədov isə 5,5 xalla 91-ci olub.On bir turdan ibarət turnirin qalibi Rusiya təmsilçisi Anton Demçenko olub.xeber100.com

Sentyabr 5, 2021 3:31

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Avqustun 5-də Yaponiya paytaxtının Milli Olimpiya stadionunda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.Mərasim Paralimpiya Oyunlarının iştirakçılarının əyləşdiyi meydanda Yaponiyanın tanınmış estrada ulduzlarının təqdim etdiyi kompozisiya ilə başlayıb. İştirakçılar Yaponiyanın vəliəhd-şahzadəsi Akişinonu, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsonsu, Baş nazir Yoşihide Suqanı alqışlarla qarşılayıblar. Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 529 dəst medal uğrunda yarışlar keçirilib. On gün davam edən yarışlarda ümumi komanda hesabında 1-ci yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal qazanmış Çin idmançıları tutub. İkinci yerdə Böyük Britaniya (41 qızıl, 38 gümüş, 45 bürünc), üçüncü yerdə isə ABŞ qərarlaşıb (37 qızıl, 36 gümüş, 31 bürünc). İştirakçı ölkələrin bayraqlarının paradı atəşfəşanlıqla başa çatıb.xeber100.com  

Sentyabr 5, 2021 1:57
    Page 161 of 830« First«...102030...159160161162163...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az