11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Serbia Chess Open 2021” şahmat turniri keçiriləcək

İyulun 2-dən 8-dək Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycan geniş heyətlə təmsil olunacaq. Belə ki, turnir çərçivəsində keçiriləcək "Masters" yarışında Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Pərviz Qasımov, Read Səmədov, Toğrul Həsənzadə, Gövhər Beydullayeva iştirak edəcəklər."Amateurs" turnirində isə Sadiq Qarayev, Nəsrin Babayeva, Nazlı Hümbətova, Ramazan Şərifov mübarizə aparacaqlar."Serbia Chess Open 2021"də 42 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edəcək.xeber100.com

İyul 1, 2021 2:22

“Avro-2020”nin səkkizdəbir final mərhələsi çərçivəsində

“Avro-2020”nin səkkizdəbir final mərhələsi çərçivəsində Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada keçirilən İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Ukrayna yığmasının üzvü Aleksandr Zinçenko görüşün ən yaxşısı seçilib. A.Zinçenko İsveç millisi ilə matçda ilk qolun müəllifi olub.Qeyd edək ki, İsveç millisini “Avro-2020”dən kənarlaşdıran Ukrayna yığması tarixində ilk dəfə turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə Ukrayna millisi İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də Romada təşkil olunacaq.xeber100.com

İyun 30, 2021 3:14

“Neftçi” futbol klubu braziliyalı futbolçu ilə yollarını ayırıb

Bakının “Neftçi” klubu braziliyalı futbolçu ilə yollarını ayırıb.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi sol cinah müdafiəçisi Tallison Diasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.Klub rəhbərliyi braziliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Tallison 22 oyunda meydana çıxıb.xeber100.com

İyun 30, 2021 3:13

Güləşçilərin Avropa çempionatı davam edir

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, iyunun 30-da qitə birinciliyində qızlar mübarizəyə qoşulacaqlar.Yarışda ölkəmizi gənclərdən və yeniyetmələrdən ibarət millimizin böyük məşqçisi Həsrət Məmmədyarovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Firuzə Məcidova (59 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) təmsil edəcəklər.Komandamız iyunun 29-da Dortmunda yollanıb.Qeyd edək ki, yarışın proqramına əsasən, iyunun 30-da bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Ertəsi gün 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində çıxış edən qızlar xalça üzərinə çıxacaqlar. İyulun ilk günündə isə 53, 57, 62, 65 və 72 kiloqram çəki dərəcələrində yer alan güləşçilər mübarizəyə qoşulacaqlar.xeber100.com

İyun 29, 2021 2:35

“Sabah” futbol klubunun yay hazırlıq planı bəlli olub

Bakının “Sabah” futbol klubunun yay hazırlıq planı bəlli olub.Azərtac kluba istinadla xəbər verir ki, komanda iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq.İyulun 15-də Tbilisiyə yollanacaq Bakı təmsilçisi orada iki həftə hazırlıq keçəcək.Bakıda 2, Tbilisidə isə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqib hələ müəyyənləşməyib.xeber100.com

İyun 29, 2021 2:07

“Avro-2020”nin səkkizdəbir final mərhələsində

Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub.Azərtac xəbər verir ki, komanda buna “Avro-2020”nin səkkizdəbir final mərhələsində Fransa yığmasını mübarizədən kənarlaşdırmaqla nail olub.İsveçrə yığması uzun müddət idi irimiqyaslı turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Komanda sonuncu dəfə 1954-cü ildə İsveçrədə təşkil olunan dünya çempionatının dörddəbir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.Qeyd edək ki, Fransa-İsveçrə oyununun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penalti seriyasını dəqiq yerinə yetirən İsveçrə millisi (5:4) Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.xeber100.com

İyun 29, 2021 2:06

Cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək

İyulun 3-4-də Çexiyanın Teplisa şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Babarəhim Mirzəyev, Xəyal Həsənov (50 kq), Eltac Yusifli, Aydın Rzayev (60 kq) və Əjdər Bağırov (90 kq) mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova (44 kq), Aydan Vəliyeva, Nəzrin Adnayeva, Könül Əliyeva (hər üçü 48 kq) və Lətifə Abbasova (52 kq) iştirak edəcəklər.xeber100.com

İyun 28, 2021 2:42

“Milan”ın futbolçusu özü barədə filmin treylerini təqdim edib

İsveç millisi və “Milan”ın futbolçusu Zlatan İbrahimoviç özü barədə filmin treylerini təqdim edib.Azərtac xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə tviter hesabında paylaşım edib.2018-ci ildən çəkilişlərinə başlanılan “Mən Zlatanam” adlı bioqrafiya filmi sentyabrda efirə çıxacaq.Filmin treyleri izləyicilərdə böyük marağa səbəb olub.xeber100.com

İyun 28, 2021 2:37

“Benfika” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, Portuqaliya təmsilçisi “Monako”dan Jil Diaşı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.İyirmi dörd yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.Qeyd edək ki, 2015-ci ildən “Monako”da çıxış edən futbolçu ötən mövsümü icarə əsasında “Famalikan”da (Portuqaliya) keçirib.xeber100.com

İyun 28, 2021 2:36

İtaliya millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib

Futbol üzrə İtaliya millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.Azərtac xəbər verir ki, iyunun 26-da Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya yığma komandaları üz-üzə gəliblər.Matçın əsas vaxtında qapılara top vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün oyuna əlavə vaxt təyin olunub. Əlavə hissədə rəqibini 2:1 hesabı ilə məğlub edən İtaliya millisi "Avro-2020"nin dörddəbir final mərhələsinə adlayıb.İtaliya millisinin heyətində Federiko Çiesa, Matteo Pissina, rəqib komandadan isə Saşa Kalajdziç fərqlənib.İtaliya millisi dörddəbir finalda Belçika - Portuqaliya qarşılaşmasının qalibi ilə görüşəcək.xeber100.com

İyun 27, 2021 10:03
    Page 180 of 831« First«...102030...178179180181182...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az