05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək

Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, qitə birinciliyinin bu mərhələsində liderlər qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Rauf Məmmədov fransalı Maksim Laqarde ilə üz-üzə gələcək.Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdos, Aydın Süleymanlı almaniyalı Stefan Fruebinq, Read Səmədov macarıstanlı Adam Kozak ilə mübarizə aparacaqlar.Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız R.Məmmədov 4,5 xalla 1-3-cü yeləri bölüşür. N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.xeber100.com

Avqust 31, 2021 10:53

Azərbaycan Futzal Federasiyasının məlumatı əsasında…

Final mərhələsi 2022-ci ildə İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının bu gün püşkü atılıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq komandamız 7-ci qrupda yer alıb.U-19 növbəti mərhələyə yüksəlmək üçün Xorvatiya, Belarus və Latviya ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il martın 15-20-də Xorvatiyada təşkil olunacaq. Yalnız qrup lideri final mərhələsinə vəsiqə qazanacaq.xeber100.com

Avqust 30, 2021 11:02

UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib

Avqustun 30-da İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Bu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupunda yer alıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionu elit-raunda yüksəlmək üçün “Uraqan İvano – Frankivsk” (Ukrayna),” Liqeni” (Kosovo) və “United Qalati” (Rumıniya) komandaları ilə qarşılaşacaq.Bu mərhələnin oyunları oktyabrın 26-31-də Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.xeber100.com

Avqust 30, 2021 11:00

Şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçirilib

Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda şahmatçılarımız Rauf Məmmədov Vojtech Plat (Polşa), Nicat Məmmədov Martin Vekker (Almaniya) üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Nicat Abasov Hans Stefansson (İslandiya), Vasif Durarbəyli David Gavrilescu (Rumıniya), Riad Səmədov Alexander Domalchuk (Ukrayna) ilə heç-heçə ediblər. Təmsilçilərimizdən Aydın Süleymanlı Liviu Dieter Nisipeanu (Almaniya) ilə qarşılaşmada uduzub.Qeyd edək ki, iki turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, V.Durarbəyli 2, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.xeber100.com

Avqust 29, 2021 11:07

“Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsində

Bu gün Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirində daha 5 turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında Avonder Lianq (ABŞ) ilə üz-üzə gələcək. Şahmatçımız sonrakı turlarda ermənistanlı Levon Aronyan, niderlandlı Yorden Van Forest, Maqnus Karlsen və nəhayət günün son qarşılaşmasında ABŞ təmsilçisi Uesli So ilə mübarizə aparacaq.Qeyd edək ki, Şəhriyar Məmmədyarov ilk 5 turun nəticəsinə görə, 3 xalla 5-ci pillədədir.Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.xeber100.com

Avqust 29, 2021 11:05

İngiltərə Premyer Liqasında III tura start verilib

Avqustun 28-də futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.Azərtac xəbər verir ki, açılış oyununda “Mançester Siti” "Arsenal"la qarşılaşıb. "Etihad" stadionunda keçirilən görüşdə meydan sahibləri "topçular"ı darmadağın edib - 5:0."Şəhərlilər"in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12-ci və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub.Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran "Mançester Siti" liderliyə yüksəlib. Xalı olmayan "Arsenal" isə sonuncudur.xeber100.com  

Avqust 28, 2021 11:11

“Beşiktaş” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi gənc yarımmüdafiəçi Can Bozdoğanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Almaniyanın “Şalke” klubundan icarəyə götürülən 20 yaşlı futbolçu, mövsümün sonunadək “Beşiktaş”ın uğurları üçün çalışacaq.Bozdoğan “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında da forma geyinməyə başlayıb. Yarımmüdafiəçi Almaniya vətəndaşlığını daşıdığından, bu ölkənin U-15, U-16, U-17, U-18 və U-20 yığmalarında da oynayıb.xeber100.com

Avqust 28, 2021 11:09

Taekvondo üzrə Avropa birinciliyi davam edir

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Avropa birinciliyi davam edir.Azərtac xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.Turnirin üçüncü yarış günündə kiçikyaşlı yeniyetmə idmançımız medala sahib olub. Belə ki, "Ümid" taekvondo klubunu təmsil edən Sabir Məmmədli (27 kq) Serbiya və Ukrayna təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Yalnız finalda Ukraynanın digər idmançısına məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.Qeyd edək ki, bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü medal qazanıb. Belə ki, Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq) gümüş, İlyas Hətəmli (33 kq) və Zəhra İsayeva (29 kq) isə bürünc medala layiq görülüblər.xeber100.com

Avqust 27, 2021 1:40

Şahmat üzrə Avropa çempionatının birinci turunun oyunları keçirilib

İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının birinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, qitə birinciliyinə təmsilçilərimiz məğlubiyyətsiz başlayıblar. Belə ki, şahmatçılarımız Nicat Abasov Vignir Vatnar Stefansson (İslandiya), Rauf Məmmədov Tarun Kanyamaral (İrlandiya), Vasif Durarbəyli Torstein Torsteinsson (İslandiya), Aydın Süleymanlı Tomas Nilsen (Danimarka) üzərində qələbə qazanıblar. Nicat Məmmədov Dimitrios Pappelis (Yunanıstan), Read Səmədov İvan Sariç (Xorvatiya) ilə heç-heçə ediblər.İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.xeber100.com

Avqust 27, 2021 1:38

“Tokio-2020” Yay Paralimpiya Oyunları davam edir

“Tokio-2020” Yay Paralimpiya Oyunları davam edir.Azərtac xəbər verir ki, paracüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşıb. Rəqibini məğlub edən N.Abaslı Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.Bu gün paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (66 kq) və üzgüçümüz Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.xeber100.com

Avqust 27, 2021 1:35
    Page 163 of 830« First«...102030...161162163164165...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az