Futbol üzrə 2023-2024-cü illər mövsümünün püşkü atılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün püşkü atılıb. Püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib. Tədbirdə elitada çıxış edəcək 10 klubun - “Qarabağ”, “Sabah”, “Neftçi”, “Qəbələ”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Araz-Naxçıvan”ın nümayəndəsi iştirak edib. Püşkatma zamanı ilk beş turda üz-üzə gələcək komandalar müəyyənləşib. Püşkün nəticəsi aşağıdakı kimidir: Birinci tur 4-6 avqust "Turan Tovuz" - "Araz Naxçıvan" "Qarabağ" - "Zirə" "Kəpəz" - "Neftçi" "Səbail" - "Sumqayıt" "Sabah" - "Qəbələ" İkinci tur 11-13 avqust “Araz-Naxçıvan” – “Qəbələ” “Sumqayıt” – “Sabah” “Neftçi” – “Səbail” “Zirə” – “Kəpəz” “Turan Tovuz” – “Qarabağ Üçüncü tur 18-20 avqust “Qarabağ” – “Araz-Naxçıvan” “Kəpəz” – “Turan Tovuz” “Səbail” – “Zirə” “Sabah” – “Neftçi” “Qəbələ” – “Sumqayıt” Dördüncü tur 25-27 avqust “Araz-Naxçıvan” – “Sumqayıt” Neftçi” – “Qəbələ” “Zirə” – “Sabah” “Turan Tovuz” – “Səbail” “Qarabağ” – “Kəpəz” Beşinci tur 1-3 sentyabr “Kəpəz” – “Araz-Naxçıvan” “Səbail” – “Qarabağ” “Sabah” – “Turan Tovuz” “Qəbələ” – “Zirə” “Sumqayıt” – “Neftçi” Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 4-də start veriləcək.xeber100.com

İyul 18, 2023 3:38

Şahmat Federasiyası: Şahmat Olimpiadasının qalibləri müəyyənləşib

Qaxda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib. Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Qax Olimpiya İdman Kompleksində təşkil olunan Olimpiadanın A qrupunda 262, B qrupunda isə 224 şahmatçı olmaqla, ümumilikdə, 45 rayon (şəhər) təşkilatından 486 şahmatçı qalib adı uğrunda mübarizə aparıb. Bahar Cəfərova, Fərid Sadıqzadə (8 yaşadək), Mehriban Əhmədli, Nihad Məmmədov (10 yaşadək), Səadət Bəşirli, Murad Rzayev (12 yaşadək), Məryəm Ağaverdiyeva, Elçin Şəkərəliyev (14 yaşadək), Ayan Hüseynli və İslam Hacıəliyev (16 yaşadək) birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Mehri Fətullalı, Məhəmməd Kazımzadə, Leyla Hümbətli, Tunar Qarayev, Əsnad Vəliyeva, Əhməd Hüseynov, Aliyə Mahmudova, Yunis Mahmudzadə, Fidan Təhməzova, Niyazi Qafarov ikinci yerə layiq görülüblər. Mehin Məstiyeva, Mirzəli Hüseynov, Xədicə Babazadə, Kamran Babayev, Nuray Məmmədli, Hüseyn Qurbanov, Nəcibə Quluyeva, Nihat Şıxəhmədi, Leyla Budaqova, İlqar Məmmədov yarışı üçüncü pillədə başa vurub. A qrupunda komanda hesabında Gəncə 2 nömrəli UGİŞM birinci olub. B qrupunda isə 3 nömrəli RİOEUGİŞM ilk pillədə qərarlaşıb. Yarışın son günündə turnirin bağlanış mərasimi baş tutub. Qalib və mükafatçılara diplom və medallar təqdim edilib.xeber100.com

İyul 17, 2023 2:21