11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Formula 1 üzrə dünya çempionatına hazırlıq mərhələsi davam edir

Formula 1 üzrə dünya çempionatına hazırlıq mərhələsi davam edir. Komandalar yeni bolidlərini ictimaiyyətə təqdim edirlər. “Maklaren”, “Ferrari” və “Mercedes” komandalarından sonra “Alpin” də ənənəyə sadiq qalıb. Fransa təmsilçisi sürət həvəskarlarını yeni yarış avtomobili ilə tanış edib. Martın 5-də Bəhreyndə start götürəcək ilk Qran-Pridən etibarən “Alpin” “A523” indeksli bolidi ilə mübarizəyə qoşulacaq. Komanda ilk 3 yarışda titul sponsoru BWT şirkətinə dəstək məqsədilə çəhrayı rəngli boliddə mübarizə aparacaq. Ötən mövsüm komanda 173 xalla Mühəndislər kubokunda dördüncü yeri tutub. İkiqat dünya çempionu Fernando Alonsonun “Aston Martin”ə keçidindən sonra bu ildən Fransa komandasının uğurları üçün iki yerli pilot Pyer Qasli ilə Esteban Okon mübarizə aparacaq.xeber100.com

Fevral 17, 2023 2:21

Azərbaycan Futzal Federasiyası: Yüksək Liqada XIV turun oyun cədvəli açıqlanıb.

Futzal üzrə Yüksək Liqada XIV turun oyun cədvəli açıqlanıb. Azərbaycan Futzal Federasiyası xəbər verir ki, matçlar fevralın 23-də “Olimpik Star”da keçiriləcək. Oyun günündə “Record club” – “Baku Fire”, “Alyans” – U-19 və “Araz-Naxçıvan” – “Neftçi” matçları keçiriləcək.xeber100.com

Fevral 17, 2023 2:19

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ötən gün “Qarabağ”ın qonağı olan “Gent” Ağdam klubuna təşəkkür edib. Belçika təmsilçisi bununla bağlı klubun feysbuk səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunub: “Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”. Qeyd edək ki, “Qarabağ” klubu “Gent”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.xeber100.com

Fevral 17, 2023 2:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Turun açılış oyununda “Kəpəz” klubu “Şamaxı”nı qəbul edib. Gəncə şəhər stadionunda oynanılan qarşılaşma “Kəpəz”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Abdullahi Şauybu və Mate Kvirkviya (2 top) fərqləniblər. “Şamaxı”nın qollarını isə Fuad Bayramov və Rəhman Daşdəmirov vurublar. Qeyd edək ki, turun "Qəbələ" - "Sumqayıt" və "Neftçi" - "Səbail" matçları fevralın 18-də, "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" görüşləri fevralın 19-da keçiriləcək.xeber100.com

Fevral 17, 2023 2:15

Batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb

Kanada milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb. Böyüklər arasında təşkil olunacaq yarışda iki kanadalı batutçu – Qabriella Flinn və Bonham Maya medallar uğrunda mübarizə aparacaq. Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.xeber100.com  

Fevral 16, 2023 1:48

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi dəqiqləşib

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi dəqiqləşib. Bu vəzifəyə Ramon Menezes təyin edilib. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Menezes baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirəcək. Əlli bir yaşlı mütəxəssis bundan əvvəl ölkəsinin 20 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib. Komanda onun rəhbərliyi ilə öz yaş qrupu üzrə son dünya çempionatının qalibi olub. Qeyd edək ki, Ramon Menezes bu postda son dünya çempionatından sonra istefa verən Titeni əvəzləyib.xeber100.com

Fevral 16, 2023 1:46

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək

Bu gün Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. Turnirin birinci günündə tatami üzərinə Azərbaycanın üç cüdoçusu çıxacaq. Belə ki, Balabəy Ağayev Matan Kokolaev (İsrail) – Brayan Qarbo (Ekvador) cütünün qalibi, Tural Bayramov (hər ikisi 60 kq) Mohammed Raşnonejad (qaçqınlar komandası), Orxan Səfərov (66 kq) isə argentinalı Hoakin Tovaqliari ilə qarşılaşacaq. Azərbaycan milli komandası turnirdə yeddi çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edəcək.xeber100.com

Fevral 16, 2023 1:44

UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. Ağdam təmsilçisi Bakıda Belçikanın "Gent" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş bu gün saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq. Bu, Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci görüşü olacaq. "Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın "Marsel" komandasına məğlub olaraq (1:3, 0:3) avrokuboklarla vidalaşıb. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.xeber100.com  

Fevral 16, 2023 1:42

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) qarşılaşmasının hakimləri açıqlanıb. “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Klyver və Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Oyunun hakim-inspektoru estoniyalı Uno Tutk, UEFA nümayəndəsi İrlandiya təmsilçisi Peadar Ryan olacaq. “Qarabağ”- “Gent” oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.xeber100.com

Fevral 15, 2023 3:40

Polşa – Azərbaycan görüşünə hakim təyinatları açıqlanıb

Futzal üzrə dünya çempionatının əsas mərhələsinin altıncı qrupunda keçiriləcək Polşa – Azərbaycan görüşünə hakim təyinatları açıqlanıb. Azərbaycan Futzal Federasiyası xəbər verir ki, martın 7-də Koszalin idman zalında keçiriləcək oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcəklər. Matçın əsas hakimi Yaqnar Yakobson (Estoniya) olacaq. Ona İnqus Purins (Latviya) və Qriqori Oşomkov (Estoniya) kömək edəcəklər. Matçın hakim-inspektoru Silvo Borosak (Sloveniya), UEFA nümayəndəsi Joao Roça (Portuqaliya) olacaqlar.xeber100.com

Fevral 15, 2023 3:38
    Page 50 of 831« First«...102030...4849505152...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az