11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub

Avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub. 53-cü dünya çempionatının maskotu seçilmiş “Targy” - Olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur. Kökündə ingiliscə “target”- “hədəf” sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır. Seçilmiş maskot çempionat iştirakçılarını "Hədəfini vur!" şüarə ilə mübarizəyə və qələbəyə ruhlandıracaq.xeber100.com

İyul 25, 2023 2:00

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində

Bakıda Ağdamın “Qarabağ” və Polşanın “Rakuv” komandaları arası keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb. Qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır. Azarkeşlər biletləri “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun “Park Bulvar”dakı fan-şopundan əldə edə bilərlər. Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.xeber100.com

İyul 25, 2023 1:57

“Neftçi” futbol klubu növbəti transferini həyata keçirib

Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib. Klub xəbər verir ki, fransalı futbolçu Ervin Koffi ilə ikiillik müqavilə bağlanıb. İyirmi səkkiz yaşlı sağ cinah müdafiəçisi komandanın heyətində 99 nömrəli formanı geyinəcək. Ervin Koffi Fransanın “Şatoru” (2015-ci il), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Kiprin “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib. Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.xeber100.com

İyul 25, 2023 1:55

Basketbol üzrə “C” divizionunun final oyunu baş tutub

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu baş tutub. U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub. Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.xeber100.com

İyul 24, 2023 11:17

“Sumqayıt” futbol klubu daha bir futbolçunun keçidini reallaşdırıb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. Klub bildirir ki, komanda müqavilə ilə Bolqarıstanın "ÇSKA 1948" klubuna məxsus olan braziliyalı yarımmüdafiəçi Oktavio Mantekanı birillik icarəyə götürüb. Qeyd edək ki, "Botafoqo" klubunun yetirməsi olan Oktavio Manteka karyerası ərzində İtaliyanın "Fiorentina", Belçikanın "Berşxot", Bolqarıstanın "Beroe", "Lokomotiv Sofiya" və "ÇSKA 1948" klublarında çıxış edib.xeber100.com

İyul 24, 2023 10:53

“Neftçi” klubunun keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb

“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. İyulun 27-də Bakı vaxtı ilə saat 23:00-da Qrbaviça stadionunda keçiriləcək ilk matç Estoniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yuri Frişer, onun köməkçiləri Veyko Möytsnik və Sander Saqa olacaqlar. Dördüncü hakim funksiyasını Kevin Qayivoya icra edəcək. Avqustun 3-də saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq cavab görüşünə isə Macarıstandan olan hakimlər təyinat alıblar. Baş hakim Balaj Berkeyə Balaj Buzaj və Balaj Sert kömək edəcəklər. Dördüncü hakim Bentse Çonka olacaq.xeber100.com  

İyul 24, 2023 10:51

UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Azərbaycanın turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri müəyyənləşəcək. Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar. Qeyd edək ki, Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin oyunları avqustun 10-da və 17-də keçiriləcək.xeber100.com

İyul 24, 2023 10:49

Futzal üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub

Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. ASAPES sonuncu turda Norveçin Elm və Texnologiya Universiteti komandasına 9:4 hesablı ilə qalib gələrək 1/4 finala vəsiqəni rəsmiləşdirib.xeber100.com

İyul 23, 2023 2:06

Basketbol üzrə “C” divizionunun final oyunu baş tutub

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu baş tutub. U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub. Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.xeber100.com

İyul 23, 2023 2:00

“Zirə” futbol klubu heyətinə yeni əcnəbi futbolçu cəlb edib

Bakının “Zirə” klubu heyətinə yeni əcnəbi futbolçu cəlb edib. Klub xəbər verir ki, Bakı təmsilçisi portuqaliyalı qapıçı Tiaqo Silva ilə 2+1 illik müqavilə imzalayıb. Qeyd edək ki, 23 yaşlı qapıçı daha əvvəl ölkəsinin “Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.xeber100.com

İyul 20, 2023 2:25
    Page 19 of 831« First«...10...1718192021...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az